00:40 06 Aprel 2020 229
Ana səhifə Xəbərlər

Zərdabda polis əməkdaşları 20 imkansız ailəyə yardım edib

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin günlərində 20 imkansız ailəyə maddi yardım edilib.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, ölkəmizdə Koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Zərdab rayonuna gələn yollarda yaradılan postlarda nəzarət tədbirləri gücləndirilib, karantin qaydalarını pozan sürücü və sərnişinlər barəsində polis əməkdaşları tərəfindən ciddi tədbirlər görülür.

Bununla yanaşı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara yardımlar edilir. Şöbənin əməkdaşları “Evdə qal” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə köməklik göstəriblər.

Sonuncu dəfə Zərdab rayonunun müxtəlif kənd və qəsəbələrində yaşayan daha 20 ailəyə baş çəkən polis əməkdaşları onlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələri təqdim ediblər.

Polislər həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırıblar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın