08:40 07 Noyabr 2019 46
Ana səhifə Xəbərlər

Zərdabda qaz balonu partladı, ata və oğul yaralandı

Zərdab rayonunda evdə partlayış baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sileyli kəndində qeydə alınıb.

Kənd sakini İlham Əzməmməd oğlu Şeydayevə məxsus yaşayış evinin mətbəxində qaz balonu partlayıb. Nəticədə mətbəx tamamilə dağılıb, ev sahibi İ.Şeydayev və onunoğlu Nicat Şeydayev yanıq xəsarətləri ilə Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Daha sonra vəziyyətləri ağır olduğundan hər iki zərərçəkən Bakı şəhərinə aparılıb.

Fakt araşdırılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın