05:20 02 Fevral 2018 7291
Ana səhifə Yaşıl Orta

Qəza namazı yoxdur?-Hacı Şahin cavablandırır

Namaz qılmayan daha günahkardı, yoxsa qılıb tərk edən?

Çox savab iş görmək namazı əvəz edirmi?
Namaz qılmayanın sədəqəsi qəbul olmur?

Azərbaycan dilində də namaz qılmaq olarmı?
Kimlər namaz qılmaya bilər?
Qadın başıaçıq namaz qıla bilərmi?

“Namaz Allahı tanıdıqdan sonra ilk icra olunan ibadətdir. Əqidənin davamında əməl mərhələsi gəlir və bu dönəmdə müsəlmanın görməli olduğu birinci iş namaz qılmaqdır”.

APA TV-nin məlumatına görə bunu ilahiyyatçı Hacı Şahin Həsənli “Yaşıl orta” verilişində deyib. O bildirib ki, namaz vacib ibadətdir və insanın hər gün Allahla ünsiyyətdə olmağına ehtiyacı var: “Bəndənin başı dünya həyatına qarışdıqca, Allahdan uzaqlaşır. Maddi dünyanın cazibəsi ona yaranma məqsədini unutdurur. Gündə beş dəfə qılınan namaz isə müsəlmana yaradılış hədəfini, axirəti, Allahı xatırladır. İbadət maddi dünya ilə mənəvi ailəm arasında bir körpüdür. Namaz insanın özü üçün də çox faydalıdır. “Qurani-Kərim”də buyrulur ki, qəlblər Allahı yad etməklə sakitləşir, aram olur”.

İlahiyyatçı qeyd edib ki, ən böyük zikr namazdır: “ Biz Allahı xatırlamaq üçün ibadət edirik. Bəzi insanlar deyə bilər ki, mən onsuz da Yaradanla ünsiyyət qururam, dua edirəm, namaz qılmağıma nə gərək var? Biz Allaha Onun istədiyi şəkildə ibadət etməliyik. Yəni Rəbbimiz necə buyurursa, o şəkildə. İslam bu ibadəti vacib edib. Şübhəsiz ki, Allah ehtiyacsızdır, onun bizim ibadətimizə ehtiyacı yoxdur. Yaradanın bütün əmrlərində bəndə üçün xeyir və fayda var. Namaz da həmçinin insanın özü üçün lazımdır. Peyğəmbərimiz namazı bir bulağa bənzədir. Adam gündə beş dəfə bulaqda yuyunsa, cismi təmiz olar. Ruhun da bulağı namazdır. O gündə 5 dəfə ruhun saflaşması, yuyulması üçün vasitədir. Həmçinin vacib ibadətdir. Bu barədə “Qurani-Kərim”də dəfələrlə qeyd olunur”.

Ş.Həsənli namazın dindəki önəmini də vurğulayıb: “Qiyamət günü ilk soruşulacaq əməl namazdır. Çünki bu Allahın haqqıdır. Rəbbin bütün əmrləri bizə sevgisinin ifadəsidir. Namaz Allahın bəndəyə sonsuz sevgisinin təzahürüdür”.

Müəllif | Apa.Tv

Könül Cəfərli

Kodu kopyalayın