Sabit Bağırov: “İstismar olunan neft-qaz yataqlarında hər kəsin kiçik payı var”
“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanmasından 25 il ötür.
Ulu öndər Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Neftçilər günü kimi qeyd olunur.
Təxminən 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.
APA TV-nin “APAralel” verilişinin qonaqları SOCAR-ın keçmiş prezidenti Sabit Bağırov və SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov mövzu ətrafında söhbət aparıb.