Güzəştli təhsil kreditləri niyə verilmir? | Aparalel
Sosial şəbəkələrdə və mediada maddi çətinliyə görə təhsil haqqını ödəyə bilməyib universiteti qazandığı halda oxumaqdan imtina edən, hətta evdən qaçanlara belə tez-tez rast gəlirik. Problemdən çıxış yolu isə təhsil kreditlərin verilməsi kimi gözlənilir.
“Təhsil krediti haqqında” qanun layihəsi bir neçə dəfə Milli Məclisin iclaslarında müzakirələrə çıxarılsa da, hələ də qəbul olunmayıb.
Bəs güzəştli təhsil kreditləri niyə verilmir?
Bu qanun layihəsinin qəbulu nələri dəyişə bilər?
APA TV-nin “APAralel” verilişinin qonaqları deputat Aydın Hüseynov və təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı müzakirə aparıb.