Pənah Hüseyn: “İqtidar həlledici siyasi iradə nümayiş etdirir” | Aparalel
Ötən həftə Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin və müstəqil siyasi ekspertlərin iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilib.
Bu görüş sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəs iqtidar-müxalifət görüşünün cəmiyyətə hansı faydası olacaq?
APA TV-nin "APAralel" verilişinin qonaqları YAP-çı deputat Aydın Hüseynov və Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn iqtidar-müxalifət münasibətləri və qarşıdakı parlament seçkiləri barədə söhbət aparıb.