Nəriman Nərimanovun Xatirə Muzeyinin direktoru Kamilə Hüseynova: “Nərimanov Stalinlə mübahisədən sonra iclasdan yarımçıq çıxıb və küçədə keçinib”
"Nərimanovdan söhbət gedəndə sadəcə onun siyasi fəaliyyətindən danışılır, amma, o Azərbaycan dilinin ilk qrammatikasını tərtib edib, ilk kütləvi qiraətxana yaradıb, ilk tarixi faciə janrının banisi olub"
"Nəriman Nərimanov 1913-cü ildən Qara Şəhər deyilən ərazidə həkim işləyib, burada işləməyin səbəbi isə fəhlələrin daha çox olması idi"
"Nəriman Nərimanovun irsini öyrənməmiş, o dövrü nəzərə almamış haqqında mənfi bir nəticə çıxarmaq düzgün deyil"
"Nəriman Nərimanov sosialist idi, amma xalqını azad, ölkəsini müstəqil görmək onun əqidəsi idi"
"Azərbaycan dilinin statusu, din, ərazi bütövlüyü işinin mahiyyətini təşkil edirdi, ona görə də o 1920-ci illərdə milliyyətçiliklə ittiham olunurdu"
"Nəriman Nərimanovun Azərbaycanın mənafeyini qoruması rus və ermənilər tərəfindən milliyyətçilik kimi qəbul olunurdu"
"Nəriman Nərimanovun yalnız onu tələb edib ki, Azərbaycan müstəqil dövlət olmalıdır"
"Leninin sağlığında Nərimanovla mərkəz arasında bir uçurum vardı"
"Çoxları güman edir ki, Nəriman Nərimanov Moskvanın diktəsi ilə hərəkət edib, amma bu belə deyil"
"Bizim ailədə gedən söhbətlərdə nənəm onu nəcib bir insan kimi xatırlayırdı"
"Bizim muzey arxivində Əhməd Ağaoğlunun Nərimanova iki məktubu var"
"Nəriman Nərimanovun inqilaba qədər yazılarında da "Böyük Turan" ideyası olub"
"Nəriman Nərimanovun qardaşı Salman Nərimanov Qafqazda tanınmış mürəttib olub, Səyyarə təxəllüsü ilə məqalələr, publisistik yazılar yazıb "
"Nəcəf Nərimanov 1943-cü ildə müharibədə həlak olub və atasının ona yazdığı məktubu görməyib"
"Nəcəf Nərimanov alman, ingilis dillərini çox yaxşı bilirdi, onu müharibədə Nərimanovun oğlu olduğu üçün də öldürə bilərdilər"
"Nərimanovun dəfnindən sonra oğlu və yoldaşı Gülsümün Moskvada qalması daha münasib idi"
"Nəriman Nərimanov iclasda Stalinlə mübahisə edib, əsəbiləşərək iclasdan yarımçıq çıxıb və
küçədə keçinib"
"Nəriman Nərimanov ürək çatışmazlığından vəfat etsə də, hər halda onu mənən məhv elədilər"
"Müəyyən dövrlərdə bütün Nərimanovlar nəsli təzyiqlərə məruz qalıb"