Xanəmir Telmanoğlu: "Ərəblər sonrakı dönəmdə islama xilaf çıxdılar, amma türklərin islama sahib çıxması ərəbləri xilas etdi"

"Bütün elementlərdə ən qədim etibarlı mənbə dildir, törə sözü də yaşı bilinməyən bir sözdür, mənası isə milli şəriət, yaşam tərzi deməkdir"

"Türklər özlərini başqa planetlərdən gəlmə hesab edirlər" deyə bir anlayış var, yəni bununla onlar özünü önə çəkərək, metafizikaya bağlayıblar"

"Qaynaq həmişə enerji mərkəzidir, qədim sözü bir iki dəfə səsləndirsək, enerji yayar, törə sözü bunlardandır"

"Qədim sözlər insanların uzun yaşamasına və sağlam düşüncəsinə kömək edir, söz ilahi qaynaqla bağlıdır, türklər də özünü birbaşa yaradılışa, ilahi qaynağa bağlayırlar"

"Biz xristian düşüncəsi ilə ədəbiyyat yaradanda Avropa hələ onunla tanış deyildi"

"Türklər evlənmək məsələsində çalışıblar ki, qadını kənardan gətirsinlər, çünki türklərdə ata geni itmir, yaxın qohumla evlənmək isə manqurtluğa gətirib çıxardır"

"Toplum olaraq biz metafizikaya bağlı olsaq da, sonrakı dövrlərdə yer kürəsində hər şeyi canlı, kult bildik"

"Törə həm də əxlaq qaydasıdır"

"Muğamın kökündə, ədəbiyyatda, musiqidə də bir ayin anlayışı var ki, törənin özündə də bir ayin olub"

"Sözlərin bizə verdiyi informasiya var, biz hər şeyi yaza bilmirik, hiss elədiklərimiz var"

"Türklər islamı çox rahat şəkildə qəbul elədilər, hətta dini ərəblərdən daha çox anladılar, çünki etnos buna hazır idi"

"Ərəblər islama sonrakı dönəmdə xilaf çıxdılar, amma türklərin islama sahib çıxması ərəbləri də qurtardı"

"Türklər Şərqin əfəndisi idilər və öz enerjilərini xərcləyərək islamı yüksəltdilər"

"Yeni gələn güc ya özündən əvvəlki gücü məhv etməli və ya da onunla reaksiyaya girməlidir, ona görə də din geyimə, dilə təsir etdi"

"İslamın batini ilə zahirini eyniləşdirmək lazım deyil, bu gün dünyada gen savaşları gedir, islam dinindən mənəvi tələbləri almaq lazımdır ki genimiz diri qalsın"

"Azərbaycanın başına son 100 ildə gətirilən bəla heç bir millətin başına gətirilməyib"

"Azərbaycanda çox maraqlı gen daşıyıcıları var”

"Millətin mədəniyyətə, dinə ərk yeri var, məsafələr olmadısa din də saxtalaşacaq"

"İslam dinini və Quranı gözdən salan toplum və hadisələr var"

"Bizim insanların allaha baba deməsi kultdan gəlir və allaha özünü yaxın bilməsinə işarədir"

"Şüur altında hər şey bir cavaba söykənir çünki orda mənfi müsbət heç nə yoxdur, insan burda səmimidir"

"İstənilən şəxsi müzakirəyə çıxartmaq olar, amma onu ləkələmək, söz xətrinə danışmaq lazım deyil, bizə şəxsiyyətlər yox ideyalar lazımdır, biz ideyalara söykənirik"

Müəllif | Apa.Tv
İlham Tumas