“Vesti.az”ın əməkdaşı Vüqar Həsənov: “Azərbaycanda rəqibimiz yoxdur"”
Vüqar Həsənov, "Vesti.az" İnformasiya Agentliyinin əməkdaşı
"Mədəniyyət müxbirliyindən gəlmişəm. Sayta gələndə tərəddüd keçirirdim, “Vesti.az” ikinci yox, mən deyərdim ki birinci ailədir. Elə bir ailədir ki oradan ayrılmaq olmur"
"Mənim ilk yazılarım Azərbaycan dilində çıxıb, ilk növbədə biz ana dilimizi yaxşı bilməliyik"
"Rus dilli oxucular var ki, əyləncə axtarır, amma sevindirici haldır ki, “Vesti.az”da Qarabağ münaqişəsinə dair materiallara maraq çoxdur"
"Bizdə eksklüziv müsahibələr olur və Rusiya və Gürcüstan mətbuatı bizdən materiallar götürür"
"Oxucu sayı və materiallara olan maraq göstərir ki, rusdilli mühitdə bizim sayt daha çox oxunur"
"Çalışırıq ki, yeni dillər öyrənək, çünki bu bizə çox lazımdır, faktları tapmaq üçün başqa dillərdəki məqalələri oxumalıyıq"
"Qarabağ kimi problemimiz varsa, şoudan uzaq durmalıyıq"
"Xarici səfərlər vasitəsilə, Rusiya və Ermənistan jurnalistləri ilə söhbət aparmaq imkanımız olur"
"Bizim məqalələrimiz artıq Rusiya mətbuatında da gedir, Azərbaycan barədə həqiqətləri rusdilli media vasitəsilə daha geniş arenaya çatdırmağa çalışırıq"
"Son illər Gürcüstan, Qazaxıstan mətbuatı ilə əməkdaşlıq edirik"
"Azərbaycanda rus dilli jurnalistika mühitində jurnalist və redaktor çatışmazlığı var"
"Son illər jurnalistikaya maraq azdır, peşəkar insanlarda bu sahəyə maraq sönür"
"Rusiya jurnalistikası ilə rəqabət aparmaq hələ tezdir, amma tərəfdaşlığımız var. Azərbaycanda isə rəqibimiz yoxdur"
"Bizi təhqir edirlərsə, demək həqiqəti yazırıq, bizə “səhv yazmızınız” deyən yoxdur"
"6 il ərzində nailiyyətlərimiz çox olub və istərdim ki biz dayanmayaq, çünki uzun bir yolun başlanğıcındayıq"
"Çox istərdim ki, peşəkarlq artsın, sayta isdedlı gənclərimiz gəlsin, bizim davamçılarımız olsun"