Boran Əziz: “Paytaxtı Bakı, adı Azərbaycan olan ilk dövlət cümhuriyyət dövründə yarandı”

Boran Əziz, tarix elmləri namizədi, dosent 

 
Mövzu: Cümhuriyyətin qazandırdığı Azərbaycan adı 
 
"Azərbaycanın dövlətçilik tarixi eramızdan əvvəl 3-1 minilliklərdən başlayır. Bu dövrlərdə yaranan  dövlətlərin adı, paytaxtı başqa olub, ilk dəfə paytaxtı Bakı, adı  Azərbaycan olan dövlət cümhuriyyət dövründə  yarandı"

"Xalqın dövlət yaratmaq təfəkkürü, əzmi, hünəri, cəsarəti olmalıdır, biz cümhuriyyətimizi yad etməklə müstəqil dövlət üçün nələrin lazım olduğunu yada salırıq"

"Cümhuriyyətimizi kimsə hazır sinidə gətirib qabağımıza qoymayıb, şərəfli, milli azadlıq
mübarizəsinin, cərəyan edən hadisələrin nəticəsində yaranıb. Xalqımız bu yolda çoxlu qurbanlar verib"

"Cümhuriyyətin bu xalqa qazandırdığı ən böyük nemətlərdən biri Azərbaycan adıdır"

"Millətimiz öz azərbaycanlı  adını unutmuşdu, Cümhuriyyət bunu yenidən qaytardı "

"Məhəmməd Əmin Rəsulzadənin  azərbaycançılığı elmi konsepsiyaya salması və
ziyalıları bu konsepsiya ətrafında  birləşdirməsi onun böyüklüyü idi"

"Azərbaycan adını  qəbul etdirəndə böyük güclər bu adı qəbul etmək istəmirdilər"

"Azərbaycan adının sadəcə güneyə aid olması barədə irəli sürülən iddialar yanlışdır. Çünki mərkəzi Təbriz olan bəylərbəylik Azərbaycan adlandırdığı üçün Azərbaycan deyiləndə ora başa düşülürdü. Cümhuriyyətin tarixi xidmətlərindən bir o oldu ki bu adı bizə qazandırdı"

"Azərbaycan Xalq Cümhuriyyəti əvvəlki quruluş olmadan quruldu, bütün nazirliklər, ştat strukturları sıfırdan formalaşdırıldı"

"Azərbaycan Xalq Cümhuriyyəti  çətin vəziyyətdə ordu yaratmalı, torpağı yadelli işğallardan qurtarmalı və dövləti inkişaf etdirməli idi"

"Cümhuriyyət yaranarkən ermənilərin təcavüzü nəticəsində insanların qaçqın və köçkün düşməsi problemi ilə rastlaşdı"

"Azərbaycan Xalq Cümhuriyyəti  yeganə dövlət idi ki, yardım edərkən millət məsələsinə fikir
verməmiş, insanlıq naminə etmişdi"

 

"Azərbaycan dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin xüsusi yeri var. Qısa zamanda Azərbaycanda yaşayan bütün millətlərin təmsil olunduğu parlament yaradıldı. Burada rus, erməni, polyak və başqa millətlər də təmsil olunurdu"

"Parlament qısa müddət ərzində yaşamasına baxmayaraq, ordunun təşkili, vətəndaşlıq məsələləri, təhsil, insan hüquqlarının qorunması, aqrar məsələ kimi qanunlar qəbul
etməyə nail oldu"

"O dövrdə aqrar islahatlarla bağlı Müsavat partiyasının özündə də iki fikir var idi, aqrar məsələ haqqında qanun parlamentdə 2 oxunuşdan sonra qəbul edilmişdi. Qanuna əsasən torpaqlar iri sahibkarlardan müsadirə edilərək yox, dövlət tərəfindən əvəzi ödənilməklə alınmalı idi”

 
"Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda  xarici və daxili amillər vardı, burada birinci
yerdə xarici amillər və Rusiyanın işğalçı siyasəti dururdu”

 
"Cümhuriyyəti quranlar öz şəxsi mənafeyini düşünməyiblər, gözü, könlü tox, 
Azərbaycan dövlətinin yaranmasını qarşılarına  məqsəd qoyan adamlar olub. İnsanlar qəlblərində də bu şəxsiyyətlərə heykəl qoyublar"

 

Müəllif | Apa.Tv
Apa.tv