Şəmistan Əlizamanlı: “Şəhid olmaq bir arzu idi”

Şəmistan Əlizamanlı, hərbi diktor, ehtiyatda olan zabit

 
Mövzu: Ordumuzun günü- 26 iyun 
 
"Bütün xalq müharibədə iştirak edirdi, əhalinin hamısı silahlı və ayaq üstdə idi, ön cəbhə ilə arxa cəbhə arasında bir kontakt yaranmışdı"

"Həm hərbi güc, həm mənəvi-psixoloji baxımdan bütün üstünlük biz tərəfdə idi" 

"Ağdərədə hər təpə, hər dağ uğrunda döyüşlər gedib, ən ağır döyüşlər də burada olub"

"Bütün bölgələrdə müdafiə güclü idi, milli ruh çox qabarmışdı, kükrəmişdi, könüllülərin sayı çox idi"

"1992-ci il sentyabrın axırında Ağdərədə olduq, döyüşləri izlədik, hətta orada mühasirəyə də düşdük"

"O zaman döyüşə getmək şərəf sayılırdı, şəhid olmaq bir arzu idi"

"Bizim hərbi həkimlər böyük səy göstərdilər, gecə gündüz yatmırdılar. Əsgərlərə çoxlu əlcəklər, corablar toxuyub göndərirdilər, hətta içindən qələbə arzulayan, ruh yüksəkliyi aşılayan məktublar çıxırdı"

"Müdafiə batalyonları güclü fəaliyyət göstərirdilər"

"Şirin Mirzəyevi bütün xalq, əsgərlər sevirdi, o nümunəvi alay yaratdı, uğurlu döyüşlər həyata keçirdi"

"Şirin Mirzəyev sözün əsl mənasında əfsanəvi bir komandir idi"

"Vəzir Orucovda pələng timsalı vardı, qorxu nə idi bilməzdi"

"Əliyar Əliyev başqa bir əfsanə idi, əlində pulemyot düşmənin üstünə ayaqüstü gedirdi, qeyri-adi şəxsiyyət idi"

"Əliyar Əliyev bütün qohumlarını səfərbər edib döyüşə aparmışdı, hətta onu qınayırdılar ki,
sən qohumbazlıq edirsən"

"Mübariz İbrahimov sübut etdi ki, vətən uğrunda canını qurban etməlisən”

 
"Mübariz İbrahimov bir simvoldur, o bir yol açdı, stimul verdi, özündən sonra elə ad qoydu ki, uzun müddət bizim böyüməkdə olan nəsil üçün bir mayak olacaq"

"Ordumuzun güclü təminatı, təchizatı var"

"Bu gün əsgərə yüksək qayğı var. Bizim istənilən döyüş əməliyyatını uğurla yerinə yetirən alaylarımız, qruplarımız var"

"Ordumuz nümunəvi ordu səviyyəsindədir, müasir silahlarla təchiz olunub"

 

"Qələbəni təmin edən amil vətənə sevgi və düşmənə nifrətdir, bu iki amil bizim xalqda güclüdür"

 

Müəllif | Apa.Tv
Apa.tv