Azərbaycan tarixində Aşurovlar

Ədalət Tahirzadə, filologiya üzrə fəlsəfə doktoru, professor

 

"Sovet dövründə tariximizə önəmsiz yer verilirdi, ona görə tariximizin öyrənilməsində hədsiz boşluq var"

 

"Mənim məqsədim o idi ki, Ağa Aşurov haqqında məqalə yazım, amma zəngin material əldə elədim və bu nəsil haqqında kitab yazası oldum"

 

"Bizim tarixçilər arxivdə az işləyir deyə tariximiz zəif öyrənilir"

 

"Aşurovlar nəslindən beş kitab yazmaq olar"

 

"Aşurovların Aşurbəyovlarla heç bir qan qohumluğu yoxdur"

 

"Aşurovlar Azərbaycanda gəmiçiliyin əsasını qoyanlardandır. Hacı Aslanın 5 buxar gəmisi, 5 yelkənli gəmisi, 3 barkası, 8 barjı vardı. Aşurovlar Bayılda tərsanə və iskələ tikmişdilər"

 

"Aşurovların Azərbaycan yerli özünüidarə tarixində, dövlətçiliyimiz tarixində böyük xidmətləri var. Onlar 1882-1918-ci illərdə fasiləsiz olaraq 36 il Bakı Dumasında və Bakı Şəhər İdarəsində təmsil olunublar"

 

“Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü və Cümhuriyyətin ticarət və sənaye, ərzaq, poçt naziri vəzifələrində çalışmış Ağa Aşurov hakimiyyətin bolşeviklərə verilməsi əleyhinə səs verən yeganə deputatdır”

 

"Rusiya başqa ölkələrdə alınmış diplomu tanımırdı deyə, Ağa Aşurov Almaniyada mühəndis diplomu alsa da bir il Xarkov Texnologiya İnstitutunda oxuyaraq Rusiya diplomu da alıb"

 

"Azərbaycan arxivlərində Ağa Aşurovun özü ilə bağlı məlumat çox azdır, ancaq onunla bağlı əsas materiallar Xarkov arxivindədir"

 

"Çar II Nikolayın Aşurovlara nəsillikcə fəxri vətəndaşlıq verilməsinə dair 1903-cü il fərmanı var, bütün Aşurovlar fəxri vətəndaşlıq imtiyazından istifadə edirdilər"

 

“Əliisgəndər Aşurov 1906-cı ildə Nijni-Novqorodda keçirilən 3-cü müsəlman qurultayında Bakıdan nümayəndə olaraq Əlimərdan bəy Topçubaşovla birgə yaxından iştirak etmişdi”

 

“Aşurovlar Azərbaycanda ilk müsəlman 1-ci gildiya tacirlərdən olaraq milli burjuaziyamızın əsasını təşkil edənlərdəndir. Hacı Qurban Aşurov bu rütbəni 1876-cıildə almışdı”

 

“Hacı Aslan Aşurov 1905-ci ildə Bakıda erməni-müsəlman qırğını zamanı müsəlman əhalinin müdafiəsini təşkil edən başlıca şəxslərdəndir, buna görə də ermənilər onun evinə bomba qoyub partlatmaq istəmişdilər”

 

"Aşurovların Bakıda elektrik stansiyası vardı"

 

“Nəşr-Maarif” Cəmiyyətinin sədri Hacı Zeynalabdin Tağıyev olsa da, əslində işləri onun müavini Ağa Aşurov aparırdı”

 

"Cəfər Cabbarlının "1905-ci il" əsərində Salamov obrazı, Məmməd Səid Ordubadinin "Gizli Bakı" romanında Hacı Aslan obrazının prototipi Hacı Aslan Aşurovdur, çünki kommunistlər onu yalnız mənfi qələmə verməyə çalışırdılar"

 

"Mir Möhsün Nəvvab Hacı Aslan Aşurova və qardaşlarına mədhnamə həsr edib"

 

"Ağa Aşurov sovetlər gələndən sonra vaxtında Bakını tərk edərək Rostova gedib, ancaq onun üstündə bacısı - Hacı Aslan Aşurovun qızı Kübra xanımın Məşədi Teymur Məlikovla qurduğu ailəsi neçə illər Qazaxıstanda ağır sürgün həyatı yaşayıb"

 

"Bu nəsil həddindən artıq bacarıqlı, gücünü tez bərpa edə bilən, ayağa durmağı bacaran, qüvvəsini göstərən nəsildir"

 

Müəllif | Apa.Tv
Apa.tv