Ukraynada üçüncü Maydan hərəkatı ehtimalı varmı?
Elxan Şahinoğlu, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri
"Ukraynanın Amerika və Avropaya borcları artdı və nəhayət ki, konstitusiya dəyişikliyinə getməyə, separatçıları qəbul etməyə məcbur oldu"
"Parlamentdə çıxarılan məsələ təlatümsüz ötüşə bilərdi, amma parlamentin içində koalisiya dağıldı və Rada qarşısında qumbaranın partladılması vəziyyəti gərginləşdirdi"
"Ukrayna parlamentdə müxalifət bloku var ki, Rusiyaya meyllidir, onlar Poroşenkoya səs verdilər və Prezident də dəstəyi dəyişikliyi parlamentdə qəbul etdirə bildi"
"Ukrayna hakimiyyəti diqqəti yayındıra bildi və istəyinə də çatdı"
"Poroşenko ilə sağ sektor arasında münaqişə var idi, amma son hadisələrdə mən bu qarşıdurmanı görmədim"
"Poroşenko ciddi islahatlar aparmalıdır"
"Bu aksiya olmasaydı da Kiyevdə nə vaxtsa belə hadisə olacaqdı, çünki
əldə çoxlu silah var"
"Ukraynada vəziyyət çox tez- tez dəyişir, çünki gözləntilər böyükdür"
"Poroşenko həmişə "Regionlar" blokuna qarşı olub, amma bu dəfə onlar Poroşenkoya dəstək verir"
"Ukraynada sistem oturuşmayana qədər bilmək olmaz əhval-ruhiyyə necə olacaq"
"İki bölgəyə böyük səlahiyyətlər verilsə, başqa bölgələr də bunu tələb edəcək, Ukrayna federallaşa bilər ki, bu da təhlükəlidir"
"Krım bu hadisələrdə heç yada düşmür. İlhaqdan sonra belə bir ümid vardı ki, Krım inkişaf edəcək, amma bu hələ gerçəkləşməyib"
"Rusiya Krıma ora nə qədər pul ayırıb, amma iqtisadi nöqteyi-nəzərdən Krım böyük yük olaraq qalır"
"Poraşenko müəyyən siyasi manevrlər etməlidir"
"Ukrayna həm Donbası geri qaytarmaq istəyir, həm də Krımdan da vaz keçmədiyini bəyan edir"
"Ukraynada uzun müddət şərqlə qərb arasında bir balans var idi, amma
indi Ukraynada şərq meyllilərin sayı azalıb"
"Qərb Krımın işğalı ilə barışsa, bu başqa fəlakətlərə yol aça bilər"
"Qərb Rusiyanın dağılmasında yox, Putinin getməsində maraqlıdır"
"Rusiyanı bundan sonra kim idarə edirsə-etsin, Krımı Ukraynaya qaytarmayacaq"
"Poroşenko oliqarxları dayandırmasaydı, bu, ölkəni xaosa aparardı"
"Rusiyanın 4 yerə parçalanması mümkün deyil, sadəcə zəifləyə bilər"
"Saakaşvili Odessada da uğur qazansa, həm Rusiyanı siyasi cəhətdən zəiflədə
bilər, həm də Gürcüstana qayıtmaq imkanı artar"
"Üçüncü Maydan baş verməyəcək, Qərb buna imkan verməz. Ukraynanın da
sabitliyə ehtiyacı var"