Nadir Əliyev: "Azərbaycan üçün ildə 5-6 film çox azdır"
“Yaradıcı və texniki heyətin bir araya toplanması, komanda yaradılması, onlara rəhbərlik etmək, rejissorun yaradıcı tələblərini həyata keçirmək film direktorunun vəzifəsidir. Sovet dövründə film direktorları hətta ideoloji məsələlərə cavabdeh idilər”.
Bu fikirləri APA.TV –nin “Səhər zəngi” verilişində qonaq olan Əməkdar mədəniyyət işçisi Nadir Əliyev bildirib:
“Prodüser anlayışı kino yaranan gündən olub, bizdə isə bir neçə ildir dəbə minib. Prodüser təşkilatçıdır. Hər hansı işə başlayarkən mütləq onun finalını görməlidir. Amma hər detalı öncədən ölçüb – biçməlidir. Son zamanlar kino sahəsində böyük inkişaf var. Çoxlu filmlər çəkilir. Düzdü, iş tez zamanda bitir. Əvvəllər 10-12 saat çəkiliş meydançasında olurduq. 3-4 günün materialı laboratoriyaya göndərilirdi. Və həmin müddətdə biz intizarda qalırdıq. İndi burdan çəkir, ordan baxır. Bəyənmədisə, yenidən çəkir. Ümumiyyətlə, hər kəs bacardığı işi görməlidir. Kino cazibədar aləmdir. Hamı özünü orada görmək istəyir”.
O belə hesab edir ki, müasir dünya kinematoqrafiyası ilə ayaqlaşmaq üçün daha çox film çəkilməlidir:
“Dövlət vəsait ayırır, filmlər çəkilir. Uğurlu olanları da olur, uğursuz olanları da...Əvvəl də belə olub. Azərbaycan üçün ildə 5-6 film çox azdır. Tələbat çoxdur. Çəkilən filmlərin əksəriyyəti, qısa müddət sonra unudulur. İnternetdə yayılan filmlərin içində itib – batmamaq üçün öz filmlərimizin sayı artmalıdır. Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ etməliyik. ”
Verilişin digər qonağı əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov isə həm Sovet dövründə, eləcə də müasir dövr kinematoqrafiyası arasında paralellər aparıb:
“Biz Sovet dönəmində formalaşan kinoçularıq. Təhsili də o dövrdə almışıq, böyük işlərimiz də o zamana təsadüf edib. İctimai quruluş da, kinoya münasibət də dəyişib. Belə bir fikir var ki, ictimai anlamda dəyişikliklər ilk növbədə mədəniyyət, elm, təhsil və kinoya zərər vurur. Böyük mədəniyyətə sahib millətlərin böyüklüyü böhrandan tez və mütəşəkkil şəkildə çıxa bilməsindədir. Sovet dövrünün kinosu ilə müstəqil Azərbaycanın kinosunu müqayisə etmək düzgün olmaz”.
Onun sözlərinə görə, müasir dövrdə kino işinin maliyyələşdirilməsində sponsorların mühüm rolu var. Lakin onların böyük əksəriyyəti, şəxsi maraqları daha üstün tutanlardır:
“O zamanlar mesenatlar vardı. Həmin insanlar öz gəlirlərindən xalq üçün istifadə edirdilər. Amma bu günün sponsorları yalnız öz şəxsi istəklərinə uyğun insanlara maliyyə ayırırlar. Bu məsələ nizamlanmalıdır. Böyük sənəti, istedadlı insanları şəxsi maraqlara qurban vermək olmaz.”