Aydan Xasməmmədzadə: "Yeniyetmələrin əksəriyyəti ünsiyyət azlığından əziyyət çəkir"
“Klinik psixologiya tibblə psixologiyanın vəhdətidir. Psixi pozuntu və problemlərin terapiyası və konsultasiyasını nəzərdə tutur. Hal – hazırda Azərbaycanda kliniki psixologiya çox inkişaf edir”.
Bu fikirləri APA.TV- nin “Səhər zəngi” verilişində qonaq olan klinik psixoloq Aydan Xasməmmədzadə bildirib:
“Yeniyetməlik dövrü ən böhranlı dövr hesab olunur. Yaşlılar uşaqların böyüdüyünü qəbul etmir, onlar isə uşaq olmadıqlarını sübut etməyə çalışırlar. Adətən, bu dövrdə təhsil səviyyəsi aşağı düşür. Bütün diqqət həyatı qurmağa yönəlir. Onların maraqları dəyişir. Müasir zamanda uşaqlar tez inkişaf edirlər. Əvvəllər yeniyetməlik 14 yaşında başlanırdısa, indi 10-11 yaşında uşaqlar artıq inkişaf etmiş olur. Maraqların dəyişməsi valideynlərlə mübahisələrə gətirib çıxarır”.
Psixoloqun sözlərinə görə, zərərli vərdişlərə meyllilik böyüklərlə ayaqlaşmağa çalışmaq istəyi ilə bağlıdır:
“İndiki dövrdə yeniyetmələrdə şəxsiyyət pozğunluğu baş verir. İsterik yeniyetmələr var ki, özünə diqqət cəlb etmək üçün bir çox addımlar atırlar. Məsələn, oğlanların siqaret çəkməsi sadəcə həyat tərzi deyil, bu daha çox müdafiə mexanizmidir. Yeniyetmələrdə natamamlıq kompleksi olur. Bunu hamı yaşayır. Sadəcə, bəziləri üçün bu dönəm bir qədər ağır keçir, bəziləri üçün isə sakit. Yeniyetmə oğlanlar əlində içki, siqaret tutmaqla özünün böyüdüyünü sübut etməyə çalışır. Valideynlərlə övladlar arasında dostluq münasibətləri olsa, problemlərdən qismən, yayınmaq olar”.
Xanım psixoloq yeniyetmələrin formalaşmasında ətraf mühitin təsirindən də danışıb:
“Hər bir valideyn istəyir ki, övladının ətrafında yaxşı insanlar olsun. Yaxşı olar ki, valideynlər övladları ilə dost olmağa çalışsınlar. Çünki yeniyetmələrin əksəriyyəti, ünsiyyət azlığından əziyyət çəkirlər. Təbii ki, valideyn diqqətindən kənarda qalan uşaqlar söhbət etmək üçün başqalarına müraciət edirlər”.
Aydan xanım hesab edir ki, yeniyetmələrin kumirinin olması normaldır. Lakin öz həyatını unudaraq, onun həyatı ilə yaşamaq maniya şəklini alır və bu ciddi psixi pzoğunluğa gətirib çıxara bilər:
“Hər bir insanın kumiri olur. Bu normaldır. Lakin yeniyetmə kumirinin həyatını yaşamaq istəyirsə, bu artıq patologiyaya yaxındır. Fanatizmin ən yüksək səviyyəsi qruppi adlanır. Məsələn, müğənnilərə ifrat pərəstiş edənlər arasında bu növ fanatlara rast gəlinir”.