Azərbaycanın müstəqilliyi uğrunda mücahid - Nofəl Tahirzadə

Ədalət Tahirzadə - filologiya üzrə fəlsəfə doktoru, professor

 

Mövzu: Müstəqilliyin unudulmuş qəhrəmanı

 

"Nofəl Tahirzadənin bütün irsi məndədir, onu qoruyub saxlayıram"

 

"Nofəl Tahirzadə 5 sentyabr 1955-ci ildə Qəbələ rayonunun Xırxatala kəndində doğulub və 1978-ci ildə Mordoviyanın Saransk şəhərində 23 yaşında həlak olub"

 

"Nofəl insanı heyrətləndirəcək dərəcədə böyük işlər görüb, ancaq əsl heyrətamiz olan isə onun gördüyü işlərinin həcmi yox, mahiyyəti və məqsədidir"

 

"O, müstəqil və bütöv Azərbaycan dövlətini qurmaq uğrunda çarpışırdı"

 

"Nofəl Tahirzadə müstəqil Azərbaycan dövləti Milli Ordusu Qərargahının sxemini, Ordunun hərbi Nizamnaməsini, əsgər və zabitlərinin poqon və geyimlərinin eskizini işləyib hazırlamışdı"

 

"O, hərb sənətini peşəkar hərbçi səviyyəsində öyrənir, hərbi xəritələr çəkirdi"

 

"Nofəl Tahirzadənin fikrincə, müstəqil Azərbaycanın 25 yaşına kimi bütün vətəndaşlarının bu 7 tələbə cavab verməlidir: 3 idman növü üzrə dərəcə almalıdır; avtomobil, motosiklet və velosipedin bütün növlərini sürə bilməlidir; 3 beynəlxalq dilə yiyələnməlidir; ali təhsil almalıdır; 3 musiqi alətində çalmağı bacarmalıdır; zabit olmalıdır; özünə ilkin tibbi yardım göstərməyi bacarmalıdır"

 

"O, 7-ci sinifdə oxuyanda öz layihəsi əsasında tapança hazırlayıb"

 

"Onun gələcəklə bağlı geniş planları vardı"

 

"Nofəl Tahirzadə yaradıcılığa rəssam kimi başlamışdı və peşəkar rəssam kimi çox uğurlu əsərləri var"

 

"Onun "Azadlıq!!!" adlı rəsm əsərində bütöv Azərbaycan ideyası əksini tapıb"

 

"1977-ci ildə Əcəmi adına Memarlıq və İnşaat İnstitutunu bitirib təyinatla Saranska göndərilən Nofəl peşəkar memar idi və çox uğurlu layihələri var. Onlar içərisində diplom işi olan 800 yerlik kinoteatr layihəsi xüsusi yer tutur"

 

"Nofəl Tahirzadənin hələ orta məktəbdə oxuyarkən adi mişar daşından yonub hazırladığı büstlərə peşəkar heykəltəraşlar həsəd apara bilər"

 

"Nofəlin gözəl bədii əsərləri: hekayələri, "Babək" tarixi povesti, pyesləri, şeirləri, kəskin siyasi-publisist məqalələri və s. var"

 

""Babək" tarixi povestini o, qədim mənbələrdən istifadə edərək 1975-ci ildə yazıb və 1976-cı ildə üzərində yenidən işləyib"

 

"Sovet tarixşünaslarından fərqli olaraq Nofəl Tahirzadə Babəki islam düşməni kimi yox, Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsinin rəhbəri kimi təsvir edib"

 

"Onun 40 il öncə yazdığı iki məqaləsi bu sözlərlə bitir: "Azadlıq verilmir, onu zorla qazanırlar!"

 

"Nofəlin "28 tayfa və Azərbaycan" məqaləsi ana vətənimizin ən qədim çağlardan sovet dövrünə qədərki tarixini əhatə edir"

 

"Nofəlin "Üç yüz spartalı" poeması olduqca güclü vətənpərvərlik və qəhrəmanlıq ruhu ilə yoğrulub"

 

"Nofəl Tahirzadə Azərbaycanın milli əlifbasını, eksperimental əlifba və eksperimental dil yaratmışdı"

 

"O, bütün gizli qeydlərini öz əlifbasında və eksperimental dilində yazırdı"

 

"Onun əsərlərində əfsanə yox, reallıq var"

 

"Fikir verəndə onun fotoşəkillərinin heç birində Nofəlin üzündə gülüş görmürük - elə bil bu adam ömrünün tez tükənəcəyini bilirdi və buna görə də işlərini görməyə tələsirdi"

 

"Nofəl Tahirzadə olduqca iradəli insan idi, yalan bilməzdi"

 

"O, təbiət aşiqi idi; boş vaxtlarını meşə və tarlalarda keçirərdi"

 

"Biz 5 tələbə "Azərbaycanın Birləşdirilməsi Uğrunda Mübarizə İttifaqı" adlı gizli tələbə təşkilatı yaratmışdıq. Nofəl yeganə adam idi ki, ondan heç nə gizlətmirdim"

 

"Mən bütöv Azərbaycan ideyasında arzuya qədər gəldim, ancaq arzunun gerçəkləşməsini o davam etdirdi"

 

"Nofəlin aldığı nəfəs də Vətənlə bağlı idi"

 

"Nofəl Tahirzadənin göldə təsadüfən batıb həlak olmasına inanmıram"

 

"Bütün bu danışdıqlarımız Nofəl Tahirzadə və yaradıcılığı haqqında ən səthi bilgidir"

Müəllif | Apa.Tv
İlham Tumas