Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Sentyabr
GÜNÜN ŞƏRHİ
PKK terrorunun dairəsi Azərbaycan sərhədlərinə kimi genişləndi. Gözlənilən idi, PKK-nın hədəflərindən birinin Azərbaycanın bölgədəki iqtisadi və siyasi maraqları olduğu göz qabağındadır. Bakı-Tiflis-Ərzurum kəmərinin partladılması, Naxçıvan-İğdır yolunun bağlanması, İğdır və Qarsda azərbaycanlıların hədəfə alınması bunu təsdiqləyir. PKK-nın və onun arxasında olan qüvvələrin fəaliyyət istiqamətləri göstərir ki, hədəf təkcə Türkiyə deyil. Bu ölkənin strateji müttəfiqləri də terrorun hədəfidir. Azərbaycan İğdırda bu gün törədilən terror aktını düzgün oxumalıdır. Əks təqdirdə PKK terrorunun Azərbaycana daha ağır təsirini hiss etmiş olacağıq.