Zahid Oruc: "Parlamentin bugünkü qərarı qətnaməyə adevkat oldu"
Zahid Oruc, millət vəkili
Mövzu: Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsi
"Azərbaycan cəmiyyətinin bütün zümrələri qətnamədən narazı qalıblar və bu, Qərb-Azərbaycan münasibətlərinə təsir edir"
"Qətnamədəki müddəalar başdan-ayağa saxtadır"
"Qətnamədə düşmənçiliyi Azərbaycanın üzərinə qoymaqla Ermənistanın maraqlarına mətnaltı dəstək var"
"Ölkəmiz ingilisdilli kanalla beynəlxalq informasiya arenasına çıxmalıdır"
"Qətnamənin mahiyyətcə tələblərindən biri də, seçkilərdə Qərbin maraqlarına yer verilməsi ilə bağlıdır"
"Bizim Qərb xalqlarından heç bir narazılığımız yoxdur, iqtisadi və mədəni cəhətdən əməkdaşlığımız var"
"Qərb Azərbaycana sanksiyalar tətbiq eləmək niyyətində olsa, informatik-siyasi müharibə gələcəkdə problemlər yarada bilər"
"Qərb Azərbaycana bərk səslə "ya Rusiyanı, ya da bizi seçməlisiniz" deyir"
"Parlamentin bugünkü qərarı qətnaməyə adevkat oldu"
"Avropa Parlamenti uzun müddət idi ki, Azərbaycana gəlmək istəyən parlamentarilərə açıq və ya gizli şəkildə qadağa qoymuşdu"
"Merkel və Obamanın siyasəti sona çatmaqdadır, Avropa parlamentariləri ilə əməkdaşlığı gücləndirməliyik"
"Biz Avropa ilə münasibətləri qırmaqda maraqlı deyilik, bu, balanslaşdırma siyasətindən uzaq olar, amma Qərb bu gün heç vaxt olmadığı qədər şərə xidmət edir"
"Parlamentlər nə qədər sərt olsa da, hökumətlər və diplomatlar daha həssas olmalıdırlar"
"Siyasətdə qəlb olmur, sadəcə beyin və soyuq hesablamalar olur"