Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 Sentyabr

 
 
GÜNÜN ŞƏRHİ
 
Avropa Parlamentinin qətnaməsində səmimiyyət ruhu çatmır. Əgər Avropa Parlamenti səmimi olsaydı, 27 il əvvəl, yəni 1988-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərarını dəstəkləməzdi. Əgər bu qurum səmimi olsaydı, indiyədək Dağlıq Qarabağ münaqişəsi ilə, 1 milyonadək qaçqın və məcburi köçkünün hüquqlarının müdafiə olunması bağlı bir qərar qəbul edərdi. Və Avropa Parlamenti səmimi olsaydı, Ermənistanı işğalçı dövlət kimi tanıyar və işğalçı dövləti sanksiyalarla hədələyərdi. Ortada səmimiyyət yoxdur, buna görə də Avropa Parlamentinin qəbul etdiyi sənədlər Azərbaycan cəmiyyəti üçün kağız parçasından başqa bir şey deyil.

Müəllif | Apa.Tv
Apa.tv