Firdovsiyyə Əhmədova: “Rəsulzadə Fətəli xan Xoyskiyə yazır ki, Bakısız Azərbaycan başsız bir bədəndir”

Firdovsiyyə Əhmədova, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent 

 
Mövzu: Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin ildönümü

 
"1917-ci ilin dekabrında İngiltərə Bakı neftinə sahib olmaq üçün ekspedisiya göndərib”

"I dünya müharibəsindən çıxan Rusiyaya görə Osmanlı dövləti Qafqaz siyasətində
köklü siyasət dəyişiklik etdi və Rusiya ilə danışığa  getdi"

"1917-ci ildən Azərbaycan muxtariyyəti güclənir, amma bunu istəməyən
qüvvələr də çox idi"

"Sivil yolla hakimiyyətə gələ bilməyən bolşeviklər, çıxışı qırğın yolu ilə yerli əhalinin sayını azaltmaqda görürdü, bu vəziyyətdə isə yeganə qurtuluş Osmanlı  dövləti idi"

"Qafqaza Osmanlı dövləti tərəfindən ordu göndərilməsi bir zərurətə çevrilmişdi"

"Adları az olsa da, dünya şöhrətli hərbçilərimiz olub, amma yaranmış şərait qısa vaxtda ordu qurmağa imkan vermirdi"

"Osmanlı dövlətinin göndərdiyi ordu  da yetərli deyildi, burada qüvvələr nisbəti var idi"

"Nuru paşanı əhali göydən yerə enən bir mələk kimi qəbul eləmişdi"

"Gərgin situasiyada diplomatik baxımdan Bakını azad eləmək mümkün deyildi"

"Məhəmməd Əmin Rəsulzadə Fətəli xan Xoyskiyə yazır ki, Bakını  azad eləmək, düşməni fakt
qarşısına qoymaq lazımdır, Bakısız Azərbaycan başsız bir bədəndir"

"Bakının  azad edilməsi Azərbaycan xalqının varlığının azad edilməsi demək idi"

"Azərbaycana gələn hərbiçilərə general rütbəsi verildi"

"4 il müharibədə əziyyət çəkən Osmanlı ordusunu Azərbaycana gətirmək üçün onlarda
ruh yüksəkliyi yaradılmışdı"

"Azərbaycan xalqı çox böyük şükranlıqla Osmanlı ordusunu  yad elədi"


"Nuru paşa, Mürsəl paşa, Cəmil Cahid bəy - bunlar sadəcə icraçı deyildilər, onlar böyük fədakarlıqla mübarizə aparırdılar"

"Naxçıvanın müqəddəratı Türkiyə ordusunun orada varlığı ilə həll olundu"

"Qafqaz İslam Ordusunu şərtləndirən amillər var idi, amma Qafqaz İslam Ordusunun mənəvi-ictimai siyasi-hüququ əsası var idi"

"Yerli qüvvələrin iştirakı önəmli idi və iştirak edirdilər, amma qırğınlar zamanı onlar da buna  məruz qalırdı"

"Avqustda məğlub olan Nuru paşa taktikanı dəyişir və 15-ci diviziyanı istəyir, Bakıda
dairəvi döyüş şəraiti yaradır, könüllülər və Qafqaz ordusu sıralarında olan Azərbaycan nizami hissələri əsasında sentyabrın 14-də hücuma keçir və sentyabrın 15-də artıq Bakı azad olunur"

"Hacı Zeynalabdin Tağıyev bildirmişdi ki,  kim Bakını xilas etsə, Bakıdakı malikanəmi ona verəcəyəm"

"15 sentyabr bu günümüz üçün də ən ibrətamiz tarixdir”

 

Müəllif | Apa.Tv
Apa.tv