Sənan Cəfərov:"Dikdaban ayaqqabıdan istifadə ciddi fəsadlara səbəb ola bilər"
“Fizioterapiyanın iki ana hissəsi var: elektroterapiya – tibbi avadanlıqlarla müalicə üsuludur, iknicisi – reabilitasiyadır, yəni itirilmiş funksiyaların bərpası və təkrar sosial həyata qaytarılmasıdır. Yeni doğulmuş uşaqlardan tutmuş yaşlı insanlara qədər hər yaş kateqoriyasında olan insanlara fizioterapiya tətbiq oluna bilər”
Bu fikirləri APA.TV – nin “Səhər zəngi” verilişində qonaq olan uzman fizioterapevt Sənan Cəfərov deyib.
Həkim qeyd edib ki, fizioterapiyaya ehtiyac texnologiyanın inkişafından dolayı insanların hərəkət qabiliyyətinin azalması ilə bağlıdır:
“Maşından istifadə edirik, liftə minirik, televiziya kanallarını pult vasitəsilə çeviririk. Belə deyək, tənbəlləşmişik. Amma insan hərəkət etməlidir. Əsasən, oturaq vəziyyətdə çalışan insanlarda bel, boyun nahiyələrində problemlər yaranır”
Uzmanın fikrincə, geyim tərzi də ciddi problemlərə səbəb ola bilər.
“Xanımların dikdaban ayaqqabıdan istifadə etməsi ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə, ucu sivri ayaqqabılar barmaqlar üçün çox böyük problemlər yaradır. Bütün problemlər ayaqdan başlayır. Əgər ayağa yük düşürsə, diz, bud, çanaq, onurğa hətta boyun problemləri yaranır". Sənan həkim kişilərin fiziki durumunda yaranan narahatlıqları oturaq işlə əlaqələndirib:
“Kişilər, xüsusilə, ofis rejimində çalışanlar bir müddət sonra kökəlməyə başlayırlar. Bununla əlaqədar daxili orqanlarda yaranan problemlər oynaq – dayaq sisteminə mənfi təsir göstərir.
Fizioterapiya tibbdə demək olar yeganə sahədir ki, xəstəyə heç bir zərəri yoxdur. Bu müalicə üsulu təkcə, xəstələr üçün deyil. Sağlam insanlar da bu vasitəylə qamətlərini düzəldə bilərlər”.
Uzman fizioterapevt hesab edir ki, qamətə kiçik yaşlardan diqqət etmək lazımdır:
“Müasir dövrdə kiçik yaşlı şagirdlərin ağır çantalar daşıması, parta arxasında düzgün oturmaması gələcəkdə ciddi problemlər yaradır. Qəzalar və ya digər hallarda alınan travmalar nəzərə alınmazsa, insan özünü qoruya bilər".
Bəzi xəstəliklər var ki, onların əlamətlərini müəyyən etmək çətinləşir. Sənan həkim, bu məsələyə də aydınlıq gətirib:
“Əslində, duzlaşma deyə bir problem yoxdur. Onurğadan danışsaq, buna osteoxondroz deyilir. Onurğa 33 fəqərədən ibarətdir. Onlar arasında disklər var. Biz az hərəkət etdiyimiz zaman disklər elastikliyini itirir. Nəticədə yırtıq kimi ciddi problem yaranır. Osteoxondroz da yarana bilər. Dizlərdə və daha yuxarı nahiyələrdə artroza səbəb olur. Problemin elmi izahı budur. Amma xəstələrə aydın olsun deyə həkimlər duzlaşma ifadəsindən istifadə edir. Əgər xəstə artıq yeriyə bilmirsə, nevropatoloq və beyin cərrahlarına müraciət olunur”.
Sənan Cəfərov bildirib ki, ağrıkəsicilərdən istifadə isə narahatlığı müvəqqəti unutdurur. Problemi kökündən həll etmək lazımdır.
“Dünyada heç bir iynə, dərman, maz hərəkət funksiyalarını geri qaytara bilməz. Ağrı – oksigensiz qalan sinirin ağlamasıdır. Ağrı olan kimi təcili çarə tapmağa çalışırıq. Amma dediyim kimi, müəyyən vasitələr yalnız ağrının simptomlarını aradan qaldırır. Fizioterapiyanın burada əsas rolu ondan ibarətdir ki, problem kökündən həll edilməlidir”.