Qabil Hüseynli: "PKK fəallaşmasaydı, İŞİD-in təsirindən azad qüvvələr Suriyaya toplaşacaqdı"
Qabil Hüseynli, politoloq
Mövzu: Dünyanın Yaxın Şərq problemi
"Uzun müddətdir ki, Bəşər Əsəd rejimini İran idarə edir, Tehranın verdiyi silahlı texnika onun güclənməsində mühüm rol oynayıb"
"Rusiya və İranın köməyi nəticəsində Bəşər Əsəd xeyli güclənib"
"Qərbin Yaxın Şərq projesi tamamilə iflasa uğrayıb"
"Suriyanın özündə də vəziyyət yaxşı deyildi, xalqın narazılığı var idi və üsyan qaldırdılar"
"PKK fəallaşmasaydı, İŞİD-in təsirindən azad qüvvələr Suriyaya toplaşacaqdı"
"Bəşər Əsəd legitimliyini itirmiş bir liderdir, onun hər hansı məsələ qaldırması yersizdir"
"Bəşər Əsəd sonrası Suriyanın taleyi də bir o qədər ümidverici görünmür"
"Bəşər Əsəd hakimiyyətdən uzaqlaşdırılmalı və nisbətən ölkədə xalqların marağını tələb edən koalisiya hökuməti yaradılmalıdır"
"Yaxın Şərqdə iri miqyaslı müharibə başlaya bilər"
"Bəşər Əsəd də İŞİD-lə əməkdaşlıq edib, Yaxın Şərqdə əli qana batmamış siyasətçilər yox dərəcəsindədir"
"Bu gün kürdlər Almaniyanın silahı ilə İŞİD-ə qarşı mübarizə aparırlar, amma daha çox özləri üçün çalışırlar"
"Bu gün Almayanın apardığı siyasət Yaxın Şərqdə vəziyyətin daha da dərinləşməsinə səbəb olur"
"Yaxın Şərqdə regionun ən iri dövləti İraqdır, İraqda isə hakim qüvvələr İranın siyasi təsiri altındadır"
"Mən məsələlərdə Qərbin rolunun olduğunu inkar etmirəm, amma bu bölgələrdə həmişə sünni-şiə qarşıdurması olub"
"10 milyona qədər insan qaçqın vəziyyətdədir, Suriyanın bütövlüyü, birliyi, xalqın suverenliyi naminə Bəşər Əsəd Qərblə də danışıqlara getməlidir"
"Yaxın günlərdə Bəşər Əsəd davam gətirə bilməyəcək, gətirsə demək dünyada haqq və ədalət yoxdur"
"Mütləq quru hərbi əməliyyatlar keçirilməlidir, başqa yol yoxdur"
"Yaxın Şərq dünyanın qan axan yarasıdır, bu bölgə böyük dövlətlərin qarşıdurma
poliqonuna çevrilib"
"Amerikanın İsrailə daimi yardımını dayandırmaq və bölgədə sülh məramlı qüvvələrin yerləşdirilməsinə çalışmaq lazımdır"
"Mən Liviyada hakimiyyətin devrilməsini Yaxın Şərqdə faciə hesab edirəm"