Həcər Babayeva: "Üzeyir Hacıbəyov bütün əsərlərini kodlaşdırıb, o kodlar yavaş-yavaş açılır"
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Həcər Babayeva
Mövzu: Üzeyir Musiqi Günü
"Üzeyir bəyin bütün yaradıcılığının hər kəlməsinin qarşısında bir ilk kəlməsi yazılmalıdır, çünki Üzeyir Hacıbəyovun Azərbaycan musiqisinə gətirdiyi yeniliklərin bu gün də səmərəsini görürük"
"Üzeyir bəy xalqı operaya gətirmək istəyirdi, ona görə də xalqı ciddi musiqiyə yavaş-yavaş öyrədirdi"
"Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" əsəri ilə Azərbaycan musiqisinin nəzəri əsaslarını yaratdı"
"O sübut etmək istəyirdi ki, Qərb musiqisinin əsasında Azərbaycan musiqisi
də yazmaq olar"
"Bütün xaricdən gələn qonaqlar "Leyli və Məcnun" operasını eşidəndə təəccüb edirlər ki, Azərbaycan musiqisində belə intonasiyalar var"
"Üzeyir Hacıbəyovun dahiliyi ondan ibarət idi ki, o, Qərb çalarlarını Azərbaycan muğamları ilə birləşdirmişdi"
"Koroğlu” operasının uvertürasını hər dəfə dinləyəndə yeni bir ştrix çıxır, insanın qulağına yeni bir intonasiya gəlir"
"Üzeyir Hacıbəyov bütün əsərlərini kodlaşdırıb, o kodlar yavaş-yavaş açılır"
"Üzeyir Hacıbəyovun yazdığı musiqi ilahi bir musiqidir"
"Üzeyir Hacıbəyov fenomen bir şəxsiyyət idi"
"Bütün tələbələrinə öz övladı kimi baxırdı"
"Üzeyir Hacıbəyovla Müslüm Maqomayev yaxın məslək dostu olublar"
"Üzeyir Hacıbəyov xalqın içərisindən çıxıb, xalqı başa düşən bir insandır"
"Xalq mahnıları itməsin deyə Azərbaycan xalq musiqisini toplayıb nota salan Üzeyir Hacıbəyov və Müslüm Maqomayev olub"
"Tara hücum zamanı o, tarın atası oldu, sübut elədi ki, tar alətində Qərb musiqisi də çalmaq olar"
"Biz hamımız Üzeyir Hacıbəyovun davamçılarıyıq"
"Heç kəs Üzeyir bəyi dana bilməz, hamımız onun tələbələri sayılırıq”