Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Sentyabr

GÜNÜN ŞƏRHİ
 
PKK-nın hərbi əməliyyatları aktivləşdirməsi HDP-nin seçki strategiyasının tərkib hissəsidir. HDP-dən olan nazirlərin hökumətdən istefa verməsini də belə oxumaq lazımdır. Növbədənkənar seçkilərdə HDP üçün hədəf dəyişməyib, partiya yenə də bütün addımları baryeri aşmaq üçün planlayır. Üstəlik AKP də seçki strategiyasını HDP-ni 10 faizlik baryer altda saxlamaq üzərində qurub. Əksər seçki bölgələrindən nüfuzlu kürd namizədlər irəli sürülüb, partiyanın sabiq millət vəkilləri yenidən namizəd göstərilib, AKP-nin Cənub-Şərqi Anadolu bölgəsindən olan nüfuzlu kürd millət vəkilləri İstanbuldan namizəd göstərilib. Hədəf 7 iyun seçkilərində HDP-yə gedən kürd səslərini geri qaytarmaqdır. Bu mənada HDP-nin baryeri aşmaq üçün tək yolu qalır – radikallaşmaq, hökumətə qarşı sərt mövqe nümayiş etdirmək. Artıq bu seçkilərdə HDP Türkiyənin partiyası deyil, kürdlərin partiyası görüntüsü yaratmağa çalışacaq. PKK-nın əməliyyatları aktivləşdirməsi də bu planın tərkib hissəsidir.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə