Bütün sevdiklərim sənsən...
Bütün sevdiklərim sənsən...
Bütün bildiklərim sənsən-
Mən hələ heç nə bilmirəm...
Deyirlər sən çox sevirsən-
Mən səndə sevgi görmürəm...
Nə irəli, nə də geri
Tərpənmirəm: zaman dursun...
Bir sən də dad ayrılığı-
Ayrılıq da vüsal qursun....
Şübhə eləmə sevgimə-
Məni sən suçlama hədər...
Bütün sevdiklərim sənsən
Səni unudana qədər...
Zərdüşt