Türkiyədə seçkilərin nəbzi: İğdırda seçkiləri kim qazanacaq? - MÜZAKİRƏ
Araz Aslanlı, "Qafqaz" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri
“Türkiyədə seçkilərdən sonra nəticələrdən asılı olmayaraq, bütün partiyalar özlərini qalib hesab edirdilər"
"Əslində, seçkidə birinci yerə çıxan partiya qalibdir"
"Türkiyədə xüsusən son dövrlərdə partiyaların namizəd siyahısı ən uğur gətirən yox, ən sədaqətli namizədlər prinsipi ilə tərtib olunur "
"Hələlik qazandığı səs faizinin artacağına şübhə olmayan partiya Cümhuriyyət Xalq Partiyasıdır"
"Milliyyətçi Hərəkat Partiyasının səslərinin təxminən 1,5 faizini azaltmağı nəzərdə tutan siyasət yürüdülür"
"HDP-nin səs toplamasının bütün Türkiyədə kürdlərin iqtisadi vəziyyəti və rifahına mənfi təsir edəcəyini göstərməyə çalışdılar"
"Terrorla mübarizədə istənilən uğur qazanılmasa da, ictimaiyyətə sanki terrora qarşı ciddi və kəskin mübarizə getdiyini təqdim edirlər"
"Türkiyədə terrorun bu həddə çatmasının əsas səbəbi indiyə qədər bu istiqamətdə aparılan yanlış siyasət və terrorçulara geniş ərazi verilməsidir"
"Türkeşin MHP-nin səslərini azaldacağı ehtimalı doğru deyil"
"Terrorun və şəhidlərin sayının artmasının əslində AKP-nın əleyhinə çevrilməməsinin səbəbi MHP-nin fəaliyyətsizliyidir"
"Alparslan Türkeşin özünün məqsədi MHP-nin təkbaşına hakimiyyəti yox, milliyyətçi siyasətçilərin digər partiyaların tərkibində hakimiyyətdə təmsil olunması idi"
"Hal-hazırda bəzi milliyyətçilər hakimiyyətdə MHP-nin olmasındansa, AKP-nin olmasına üstünlük verirlər"
"MHP-nin fəaliyyəti AKP-yə dəstək vermək kimi dəyərləndirilir"
"Bugünkü şərtlər davam edərsə, MHP-nin səsləri azalmayacaq, əksinə bir az da arta bilər"
"HDP-nin artıq bundan sonra seçki baryerini keçə bilməyəcəyi inandırıcı deyil"
"Kürdlərin yaşadığı ərazilərdə əhalinin 95 faizinin seçkidə iştirakı real deyil"
"AKP İğdırda bir millət vəkili çıxara biləcək qədər səs toplaya bilər"
"Keçən seçkilərdə İğdırda azərbaycanlı əsilli seçicilər fəal deyildilər"