Vüqar Zifəroğlu: “Qərb Suriyada Əsədi əvəzləyəcək lider olmadığı faktı ilə barışır”

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu

 
Mövzu: Qlobal təhlükəsizlik: ABŞ-Rusiya gərginliyi
  
"Əsəddən sonra Suriyada indilikdə onu əvəz edəcək siyasi lider olmadığından, Qərb də olaylara praqmatik yanaşmağa məcburdur"

"Qərb İraqda da, Əfqanıstanda da faktiki olaraq problemlər yaşamaqdadır, ona görə də Suriya məsələsində Türkiyəni qabağa verir"

"İŞİD-ə, terror qruplaşmalarına qarşı özlərinin iştirakı ilə bir koalision qüvvənin formalaşmasında İranın da, Rusiyanın da marağı var"
 
"Rusiya istəmir ki, oyundan kənarda qalsın, ona görə də Suriya məsələsində geri çəkilmək istəmir"

"Hər bir millətin özünün idarəçilik metodologiyası var, amma Rusiyanın buna münasibətdə də səmimi olmağı ilə razı deyiləm"

"SSRİ-nin varisi iddiası Rusiyaya aiddir,  biz bunu Yaxın Şərq və postsovet məkanında görürük"

"Qərb artıq müvəqqəti də olsa, yola Əsədlə davam etməli olduğu ilə barışıb, amma Türkiyə bununla razılaşmır"

"Türkiyə diqqətin birmənalı şəkildə Əsədə yönəldilməsinin tərəfdarıdır, amma Qərb bu diqqətin İŞİD-ə yönəlməsini istəyir"

"Suriya məsələsi həm İran, həm də Rusiya üçün həyati əhəmiyyət kəsb edir"

"Bu gün Türkiyənin Rusiya qazının qiymətinin azalmasına, Rusiyanın isə Türkiyədən gələn dəstəklə Qərbin sanksiyalarına davam gətirə bilməsinə ehtiyacı var"

"Türk axın”ının reallaşmasına heç vaxt inamım olmayıb, çünki bu layihə iqtisadi yox, siyasi məqsəd güdürdü"
 
"Suriya məsələsində Türkiyə ilə qərbin maraqları üst-üstə düşməyə bilər, amma unutmaq olmaz ki, Türkiyə bir NATO ölkəsidir"

"İran hazırda güclənmiş bir vəziyyətdədir və bu, ərəblərdə qıcıq yaradır"

"Rusiya maksimum şəkildə çalışır ki, iqtisadi zərbələri zəiflədə bilsin"
 
"İkili yanaşma Qərbin siyasətidir. Bu baxımdan Qərb zamanında Qarabağın işğalına ikili standartlarla yanaşmasaydı, Gürcüstanda, Ukraynada gedən hadisələrin şahidi olmazdıq"

Müəllif | Apa.Tv
İlham Tumas