Orxan Fikrətoğlu: “Ədəbiyyat intim bir şeydir”
Orxan Fikrətoğlu, yazıçı
Mövzu: Kitab oxunurmu?
"Mənə görə kitab kultdur, tərbiyədir"
"Azərbaycanda oxucu var, həmişə olub və olacaq da"
"Kitaba olan sevgi başqadır, onunla təkbətək qalırsan"
"Məşhur yazıçılar ədəbiyyat tarixinə ona görə düşüblər ki, onların ideyası olub"
"Hərənin bir mövzusu var və bu davamlıdırsa, oxucu əlbəttə, səni qəbul edəcək"
"Oxucu sosial sifarişçi olaraq sənə içindən keçən mövzunu verə bilməz, ədəbiyyat intim bir şeydir"
"Elxan Elatlı, Varis bugünkü cəmiyyətin zövqünü tuta bilir"
"Azərbaycan şeir tarixi gerçək tariximizdən daha informatik və daha dərindir, bizim tariximiz sözümüzdə, şeirimizdədir"
"Publisistika nəsr deyil, nəsrin öz qanunları var"
"Ən böyük ədəbiyyat mifdir"
"Ədəbiyyatın publisistikadan fərqi odur ki, onun öz vaxtı var"
"Publisistika, jurnalistika, ədəbiyyat paralel yaşamağa məcburdur, amma onlar bir-birinə qarışanda zövq itir"
"Hər ədəbi sözün altında məna olmalıdır"
"Ədəbiyyatın yükü, mesajı sevgi aşılamalıdır"
"Türkiyəni ona görə seçdim ki, bu toplum Azərbaycan dərdlərini anlayan və bu dərdlərlə
yaşayan toplumdur"
"Ölü mətn" Şamaxıda doğulmuş və yaşamış bir nəslin 100 illik şəcərəsinin tarixidir"
"Türkiyədə tanışlıqla kitab çap olunmur. Kitabım 5 redaktora verilmişdi və tərcüməçilər yeni bir Azərbaycanlı yazıçı ilə tanış olduqlarını dedilər"
"Türk bazarına girmək, oranın oxucusu ilə təmasda olmaq, ədəbiyyatı onlara sübut etmək mənim məqsədimdir"
"Mənim ədəbiyyatım daha hazırlıqlı insanlar üçündür"
"Orxan Pamuk yazıçı olaraq dəyərli yazıçıdır, amma o, Nobel mükafatı almaq istəyirdi, buna nail oldu. Belə yazıçıların sifarişçisi olur"
"Orxan Fikrətoğlu avantürist deyil, xalqı ilə yaşayan, xalqının, dövlətinin problemlərindən yazan biridir"
"Mən əsl nəsrin nə olduğunu bilirəm"
"Ədəbiyyatımızın içində sabahın fəlsəfəsi problemini də qoymalıyıq"
"Mən ədəbiyyata əvvəlki Orxan Fikrətoğlu kimi qayıdıram"
"Kitabın qoxusu mənə doğmadır, hamıdan küsəndə mənim dostlarım kitablar olur"