Azərbaycanda Ukrayna hadisələrinə maraq niyə azalıb?
Elxan Şahinoğlu, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri
Mövzu: Ukraynada son durum
"Ukraynada siyasi vəziyyətdə bir stabillik var, sanki siyasi partiyalar arasında "ölkəni uçuruma aparmayaq" kimi bir razılaşma mövcuddur "
"Ukraynada iqtisadi vəziyyət ağırdır, islahatlar ləng gedir, ya da aparılmır"
"Ukrayna kanallarında Rusiya əleyhinə təbliğat var, cəmiyyət Prezident nə deyirsə,
onun doğru olduğunu düşünür"
"Poroşenko yenə çıxışı ilə dünyanın diqqətini özünə cəlb etdi"
"Poroşenko məcbur qalıb Konstitusiya dəyişikliklərinə getdi, amma ardınca Minsk razılaşması pozuldu"
"Ukraynada artıq ağır döyüşlər dayanıb, itkilər də azdır"
"Sağ sektor”un 10 minə yaxın silahı var, amma qaytarmaq istəmir, gələcəkdə bu, Ukrayna üçün problemlər yarada bilər"
"Parisdəki görüşdə real nəticə əldə edilmədi, Rusiya bu münaqişəni dondurmağa çalışır"
"Rusiya əsas məqsədinə yavaş-yavaş nail olur, Qarabağ münaqişəsindəki eyni situasiya Donbas məsələsində də yaranıb"
"Ukrayna çoxlu canlı itki verib, insanlar artıq müharibədən yorulub"
"Ukrayna hər şeyi Qərbdən gözləyir, amma Qərb heç nə etməyəcək"
"Ukrayna cəmiyyətində bir az tənbəllik əlamətləri var"
"Odessa çox önəmli strateji bir yerdir, Saakaşvili Gürcüstandakı islahatları burda təkrarlamaq istəyir, amma çox çətinliklərlə rastlaşır"
"Poroşenkonun uğurlarından bir odur ki, oliqarxları bir qədər neytrallaşdıra bilib"
"Ukraynada kadr problemi var, normal, işgüzar kadr tapmaq çətindir, Prezidentin inandığı insanlar yoxdur ki, ona nəyi isə həvalə etsin"
"Səhiyyə dövlətə bağlı olsa da, sadəcə adı var, sığorta sistemi işləmir, sosial problemlərdən necə qurtulacaqlarını bilmirlər"
"Ukraynada əsas sahə kənd təsərrüfatıdır, amma Ukraynanın məhsulları nə özünə çatır, nə də Avropa bazarına çıxa bilir"
"Hava nəqliyyatına məhdudiyyət qoyulması nə Ukraynaya, nə də Rusiyaya o qədər də mənfi təsir etməyəcək"
"Azərbaycan cəmiyyətində Ukrayna hadisələrinə maraq azalıb, çünki dünyada başqa proseslər də gedir"
"Poroşenko ancaq Qərbə yönəlir, ancaq o, Şərq ölkələrinə də səfər etməlidir"