Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Fevral

GÜNÜN ŞƏRHİ
 
Suriyada atəşkəsin baş tutması üçün bütün ölkələr bu münaqişə zonasındakı maraqlarından imtina etməlidir. Əslində bütün münaqişələr üçün standart həll yolu da budur - bütün xarici maraqlar ya neytrallaşdırılmalı, ya uzlaşdırılmalıdır. Suriya nümunəsində bu, faktiki olaraq mümkün deyil. Münaqişədə yüzlərlə daxili, onlarla xarici maraq daşıyıcısı var. Bu maraqları bir araya gətirmək üçün ortaq hədəf də yoxdur, bölünməzlik, bütövlük, demokratik cəmiyyət quruculuğu kimi anlayışların Suriya ilə yaxından uzaqdan əlaqəsi yoxdur. Məhz buna görə də Suriya əslində münaqişə zonası yox, bataqlıqdır. Suriyada bir-biri ilə müharibə aparanlar bataqlıqda su üzərində qalmaq üçün başqasını boğmağa çalışanlara bənzəyir. Müharibənin dayanması, atəşkəs elan olunması hamının batması deməkdir, ABŞ-Rusiya razılaşmasına kimsənin, başda isə elə sazişə imza atanların riayət etməməsi təəssüf doğursa da, təəccüb doğurmur. 
 
Vüqar MƏSİMOĞLU

Müəllif | Apa.Tv
Apa.tv