Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 14 Mart

Ankara terroru təkcə Türkiyə təhlükəsizlik orqanlarının, yaxud hakimiyyətin zəifliyinin göstəricisi deyil. Heç ümumiyyətlə zəiflik göstəricisi sayılmamalıdır. Bu terror Türkiyəni günah keçisinə çevirmək istəyən qüvvələrin say artımıdır. Türkiyə rəsmən müharibəyə sürüklənir, son üç ayda Ankara və İstanbulda üç böyük partlayışın hədəfi budur. PKK, İŞİD bu işin icraçısı ola bilər, sifarişçi isə başqadır. Mənzərəni tam görmək üçün ən azı Anadoluda PKK-ya qarşı əməliyyatlar, Rusiya Dövlət Dumasının qondarma “erməni soyqırımı” layihəsini geri qaytarması, MHP-də başqanlıq savaşı ilə Ankara terroru arasında əlaqəni düşünmək lazımdır. Çünki Ankara terroru xaricdə və daxildə gedən mübarizələrin doğurduğu nəticədir. Bu nəticəni doğuran səbəblərin aradan qaldırılması üçün isə illər lazım olacaq. Çünki səbəblər illərlə formalaşıb. Türkiyənin buna vaxtı, hakimiyyətin isə iradəsi çatacaqmı? Çətin görünür, amma mümkünsüz deyil. P.S. APA TV Türkiyədə törədilən terror aktı ilə əlaqədar türk xalqına başsağlığı verir, partlayışda yaralananlara Allahdan şəfa diləyir.

Müəllif | Apa.Tv
Apa.tv