Ədalət Tahirzadə: "Cümhuriyyətin kəşfiyyat orqanlarında Mircəfər Bağırov, Lavrenti Beriya kimi şəxslər də xidmət edib"

 

Ədalət Tahirzadə, Bakı Avrasiya Universitetinin professoru

 

Mövzu: İlk təhlükəsizlik orqanlarımız

 

 

"Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra gənc ölkə özünün dövlət təhlükəsizliyi orqanlarını yaratmağa başladı".

 

"Ölkənin müstəqilliyinin qorunması və düşmənlərin törədə biləcəyi fəsadların qarşısının alınması ən başlıca vəzifələrdəndir".

 

"Güclü ordu, kəşfiyyat və əks-kəşfiyyat orqanlarının yaradılmasına böyük ehtiyac vardı".


"Cümhuriyyət dövründə kəşfiyyat orqanlarımızın yaradılması üç başlıca mərhələdən keçdi".


"Azərbaycan Cümhuriyyətinin təhlükəsizlik orqanları öncə partiya prinsipi əsasında təşkil edilmişdi - əməkdaşların üçdə ikisi müsavatçılar, üçdə biri hümmətçi-bolşeviklərdi və bu, az sonra öz fəsadlarını göstərdi".

 

"Arxivlərimizdə Əksinqilabla Mübarizə Təşkilatı ilə bağlı xeyli material var".

 

"Cümhuriyyətin kəşfiyyat orqanlarında Mircəfər Bağırov, Lavrenti Beriya kimi sonralar sovet rəhbərləri olmuş şəxslər də xidmət etmişdi".

 

"Bir sıra agentlərin arxivlərdə saxlanılan mandatlarında, nədənsə, fotoları sonradan çıxarılıb".


"Mirfəttah Musəvi, Əli Bayramov kimi bolşeviklərin dövlət tərəfindən aradan götürülməsi ilə bağlı əlimizdə faktlar yoxdur".


"Cümhuriyyətin süqutundan sonra bolşeviklər heç kimə, o sıradan kəşfiyyat və əkskəşfiyyat orqanlarının əməkdaşlarına rəhm etmədilər, Məhəmmədbağır Şeyxzamanov, Murad Girey Tlexas kimi görkəmli şəxsləri amansızcasına məhv etdilər".


"Cümhuriyyət hökuməti Denikinin məğlubiyyətindən sonra Əks- Kəşfiyyatla Mübarizə Təşkilatının tərkibində təmizləmələr aparmağa başladı".


"Bakı möhkəmləndirilmiş rayonunun komandanı general-mayor M.G.Tlexas bolşeviklərə qarşı barışmaz idi".

"Bir erməni Nəsib bəy Yusifbəyliyə sui-qəsd elədi, Cümhuriyyət hökuməti ona sərt cəza tətbiq etmədi, o adam sağ qaldı".

 

Müəllif | Apa.Tv
Apa.tv