Politoloqlar cəbhədə baş verənləri necə dəyərləndirir? - ELXAN ŞAHINOĞLU, VÜQAR ZIFƏROĞLU
Mövzu: Cəbhədə son durum
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, Elxan Şahinoğlu
"22 ildir danışıqlar gedir, ancaq real nəticə yoxdur, qarşı tərəf bu statusu dəyişmək istəmir"
"Biz ermənilərdən fərqli olaraq nəyin uğrunda savaşdığımızı bilirik"
"Qarşı tərəf gücümüzü görmədən masa arxasında geri addım atmayacaq"
"Bu, regional savaşa da çevrilə bilər, böyük dövlətlər bunu düşünməlidir"
"Qərbdə belə bir düşüncə var ki, Rusiya Cənubi Qafqazda da təxribat törədə bilər"
"Rusiya rəsmiləri bu günlərdə balansı qorumağa çalışırlar"
"Biz təkcə daxili auditoriya üçün işləməməliyik"
"İndi bizdə çox böyük ruh yüksəkliyi var, bu bizim üstünlüyümüzdür"
"Keçirilən əməliyyatlar Ermənistan cəmiyyətini vəlvələyə salıb"
***
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, Vüqar Zifəroğlu
"Biz müharibəyə başlamamışıq, Azərbaycan ordusu erməni təxribatının qarşısını alıb"
"Bütöv bir nəsil Qarabağsız böyüyüb və buna "dur" deməyin vaxtı gəlib çatıb"
"Rusiya mediası bu olaylarla bağlı xəbərlərdə qərəz və birtərəflilik nümayiş etdirir"
"Bəzi portallarımız özü də bilmədən erməni dezinformasiyasının leqallaşmasında
iştirak edirlər"
"İnformasiya müharibəsi daxili auditoriyaya yönəlir ki, bu daha təhlükəlidir"
"Verilən xəbərlərdə yalnız rəsmi məlumatlara istinad etməliyik"
"Xalqımız dövlətin və ordunun yanındadır və bu həm düşmənlərə, həm də bizi izləyən üçüncü qüvvələrə göz dağıdır"