Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 2 may
GÜNÜN ŞƏRHİ
OPEK ölkələrində hasilatın artması neftin qiymətlərinə mənfi təsir göstərməyə başlayıb. ABŞ-da neft hasilatının aşağı düşməsi bazarı canlandırsa da, bu fakt OPEK-in bazara əlavə həcm neft çıxarmasına müqavimət göstərə bilmir. Başqa sözlə desək, bazar Doha görüşünün nəticələrini hələ indi hiss etməyə başlayır. “Qara qızıl”ın bahalaşmasına neft ölkələrində terror aktları, tətillər kimi qeyri-stabillik faktorları təsir göstərirdi. Bu faktorlar nefti bahalaşdırsa da, müvəqqəti təsirə malikdir və artıq Kolumbiya, Nigeriya və İraqda törədilən terror aktlarının neftin qiymətinə təsiri ötüb. Bazarı yenidən canlandıra biləcək amillər yalnız siyasi faktorlardır. Məsələn, Doha görüşü formatında yeni bir görüşün Moskvada keçiriləcəyi ehtimalı gerçəkləşsə, bazarların bu xəbərə pozitiv reaksiya verəcəyi şəksizdir. Venesuela belə bir görüşlə bağlı anons versə də, hələlik bu xəbərlər təsdiqlənmir. Üstəlik mövsümi faktorlar da neftin əleyhinə işləyir. Görünür bu səbəbdəndir ki, dünyanın tanınmış neft analitikləri qiymətlərin maksimuma çatdığını, artıq qiymətlərin obyektiv amillərin təsiri nəticəsində enməyə başlayacağını proqnozlaşdırırlar.