Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 17 May
GÜNÜN ŞƏRHİ
Prezidentlərin Vyana görüşünün artıq bir nəticəsi var... Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi ölü nöqtədən tərpənib... Vyana danışıqlarından sonra prezidentlərin növbəti görüşünün razılaşdırılması da pozitiv məqamlardan biridir... Ən pozitiv məqam isə Azərbaycanın aprel əməliyyatlarından sonra danışıqlar masası arxasına daha güclü əllə oturmasıdır... Bu, istər həmsədrlərin bəyanatlarında, istərsə Ermənistan tərəfin açıqlamalarında aşkar hiss olunur... Elə Azərbaycan Ordusunun “Dördgünlük müharibə”də yenidən nəzarətə götürdüyü ərazilərin həcminin Serj Sərkisyan tərəfindən açıqlanmasını xatırlamaq kifayətdir... Vyana görüşünün yaratdığı daha bir real mənzərə isə budur - Qərb Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində təşəbbüskarlığı faktiki olaraq Rusiyaya verib... Fikir başqa cür də formulə oluna bilər - Rusiya Avropa və Yaxın Şərqdə maraqlarını Qərbə uduzduqdan sonra Dağlıq Qarabağ münaqişəsində revanş götürüb... Mahiyyət dəyişmir, gerçəklik olduğu kimi qalır - münaqişə tərəflərinə real təzyiq etmək imkanı olan ABŞ və Fransa deyil, məhz Rusiyadır... Bu faktorun konfliktin Azərbaycanın maraqları çərçivəsində həllinə necə təsir edəcəyini güman etmək çətin deyil... Çünki bu münaqişənin açarı əvvəllər də Kremlin əlində olub... Və bu münaqişə hələ də mövcuddur... Belə...
Vüqar MƏSİMOĞLU