"Leyla Medical Centre"nin Direktorlar Şurasının üzvü Sevda Cəfərova | Birdən Milyona
BMT-nin və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə regional tibbi kuratoru Sevda Cəfərova nail olduğu yüksək pillələrə necə yüksəlib? İş fəaliyyətinə sanitar kimi başlayıb, sonradan baş həkim vəzifəsinə kimi ucalan bu xanım idarəçilik işinin sirrlərini açıqlayacaq. Bu işi öyrənmək üçün dünyanın ən məşhur universitetlərində təhsil almağa gedən Sevda xanım xarici seminarlarda beynəlxalq statuslu tibbi təlimçiyə necə çevrildi? Hazırda "Leyla Medical Centre"nin Direktorlar Şurasının üzvü olan Sevda Cəfərova çətin, amma mübariz həyat yolunu ilk dəfə "Birdən Milyona"da danışır.