Həmid Herisçi: "Güclü adamlara kömək etmək lazımdır"

 
Bu dəfə “Kimsən Sən” verilişinin qonağı həmkarlarımız, televiziya aparıcıları - yazıçı Həmid Herisçi ilə onun həyat yoldaşı yurnalist İlhamiyyə Rza olub. Onlar övladları İbrahimin suallarını cavablandırıblar.  
 
Söhbətə İlhamiyyə xanımın Milli Məclisin üvzü olmaq istəyindən başladıq: 
“ Mən tək öz ailəmə kömək etmirəm. İşlədiyim hər yerdə insanların qayğısına qalmağı sevirəm. İstəyirəm insanlarla daha yaxından tanış olum və onların problemlərini həll edim. Cəmiyyətdə köməyə ehtiyacı olan çox adam var. Mən də onların yanında olmaq istəyirəm. Biz axı vətənimi gözəl görmək istəyirik. Və bu işdə mütləq hər birimizin payı olmalıdır. Mən düşünürəm ki, millət vəkili olsam daha çox fayda verərəm”. 
 
Həmid Herisçi isə gənc yaşlarında onu ildırımın vurması hadisəsini xatırlayıb: 
“21 yaşım olardı. Mərdəkanda bağda idik. Baxdım ki, uzaqdan kürəvi ildırım gəlir. Mən heç vaxt ildırım görməmişdim. Bu, doğrudan da möcüzədir. Adama elə gəlir ki, o, yavaş gəlir. Ancaq sürəti kifayət qədər olur və bir anda insanı vurur. Mən quruyub, qaldım. Onda nənəm qışqırdı ki, ildırım Həmidi vurdu. Amma mən həmin an onun möcüzə olduğuna inanmırdım. Ancaq sonradan Moskvada ildırım üzrə mütəxəssis hesab olunun Kapitse adlı alım açıqlayıb ki, kürəvi ildırım özündə informatik, maraqlı və gizli məlumatlar gəzdirir. Mənim istedadımın yaranmasında o ildırımın köməyi olub, bəlkə də”.  
 
Səkkiz il öncə efirdən uzaqlaşan İlhamiyyə Rza bu addımının həyat yoldaşı Həmid Herisçi ilə bağlı olub – olmadığına da aydınlıq gətirib: 
“Gedişimin səbəbi Həmid deyil. Bu fikrin yaranmasına təəccüblənirəm. Biz Həmidlə birgə verilişlər aparmışıq. Sonra bərabər getdik efirdən. Bir müddət sonra Həmidi efirə dəvət etdilər. Məni isə yox. Ardı da elə belə alınıb. Həmid efirdədir, mən isə yox”. 
 
Verilişin davamında məlum oldu ki, Həmid Herisçi səhhətinin korlanması səbəbi ilə məktəbə çox az gedib. O, məktəb dövrünü demək olar ki, evdə keçirib:

“Mən xəstə olmuşam. Və demək olar ki, məktəbə getməmişəm. Uzun müddət xəstəxanada müalicə olunmuşam. Ancaq mən xüsusi məktəbə gedirdim, istedadlı uşaqların təhsil aldığı müəssisə idi. Məktəb illərim Moskvada və uzaq keçmişdə yaşanıb. Mənim üçün o illər nağıl kimidir. O nağıl kimi həyatımda bu gün də müəllimlərimi çox böyük hörmətlə xatırlayıram. Ancaq o vaxtkı adamları yaz dumanı kimi görürəm. İnsan uşaq yaşlarında zərbə alanda əvəzində hədiyyə də alır. Mənim də istedadlılar üçün düşdüyüm məktəb gözəl idi”.  
 
Söhbətin gedişində o da məlum olub ki, Həmid Herisçi zəif insanlara yox, güclülərə kömək etməyin tərəfdfarıdır:
"Mən hesab edirəm ki, həyatda güclülərə kömək etmək lazımdır. O adamların irəli getməsinə kömək etmək lazımdır ki, onlar güclüdülər və nələrsə edə bilərlər".    
 
“Kimsən sən”də İlhamiyyə xanım Həmid bəylə tanışlıq tarixçəsini də yada salıb:
“ Biz Həmdlə eyni sahənin adamıyıq. Tanış olmadan öncə o, ANS-də  mən isə AZTV-də işləyirdim. Hər iki kanal eyni ərazidə yerləşirdi o zaman. Və biz montaj otağında tanış olduq. Sonra dostlaşdıq və evləndik”. 
 
Qonaqlar övladlarının “Siz heç kiminsə arxasınca danışmısınız” sualana belə cavab verdilər: “Çalışırıq ki, belə hadisə olmasın. Ancaq elə sözlər var ki, bir başa insanların üzünə demək olmur. Gərək dolayısı ilə o sözü həmin adama çatdırasan. 
 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR