"Ölülər"in doğulduğu ev...

Azərbaycan xalqının böyük milli-mədəni irsi, zəngin ədəbiyyat tarixi , incəsənət sərvəti və qədim məkanları var. Onların içərində ən maraqlı və bəlkə də nostalji anlar yaşada bilən kifayət qədər  Muzeylərimiz mövcutdur. Bu mövsüm də sizləri xalqımızda fəaliyyət göstərən və bütün tarixi özündə əks etdirən muzeylərlə tanış edəciyik. Bu günki mövzumuz böyük dramaturq və dahi azərbaycanlı Cəlil Məmmədluzadənin ev muzeyidir. Muzeydə qonaq olan zaman yaşadığım hissləri sözlə ifadə etmək mümkün deyil. Bura daxil olarkən hələ illər öncə ayaq izlərini qoyduğu böyük ədibi xatırlamamaq mümkün deyil. Onun evi, dolabı, çarpayısı, masası, ona məxsus olan ən xırda əşyaların hər birində bəlkə də böyük bir tarix gizlənir. Bu mənzil tək unudulmaz əsərlərlə deyil, həmçinin ilk satirik jurnal olan “Molla Nəsrəddin” və jurnalistikanın təməli ilə dolu xatirələrdən ibarətdir. 
 
Beləliklə Böyük Azərbaycan ədibi və publisisti Cəlil Məmmədquluzadənin 1920-1932-ci illərdə yaşayıb yaratdığı mənzildə yaradılmış ev muzeyi...
 
Muzey Azərbaycan Respublikası hökümətinin 1978-ci ildə verdiyi qərarla Bakı şəhəri, Süleyman Tağızadə küçəsi 56 ünvanında yerləşən evdə yaradılıb. 1994 – cü il, 28 dekabrda Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyi ərəfəsində açılıb. 
 
Elə muzeyin direktoru da, uzun illərini məhz Cəlil Məmmədquluzadə irsinə həsr edən muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Pərixanım Mahmudova da bu evin yaranmasından və bu günki nəslə qədər gəlib çıxmasından söz açıb: “
 
 
Hər kəsə məlumdur ki, Cəlil Məmmədquluzadə məşhur və əvəzedilməz satirik jurnal olan “Molla Nəsrəddin”in yaradıcısıdır. Həmin jurnalın da hazırlanması və mətbəə qədər olan işlərin toplanması hər biri məhz bu evdə baş tutub.  Bu gün ev muzeyi kimi fəaliyyət göstərən bu mənzildə digər mollanərəddinçilərin həyat və fəaliyyətini əks etdirən 3000 - ə yaxın eksponat toplanıb. Onların 500 - ə yaxını muzeyin ekspozisiyasında nümayiş etdirilir.
 

Ekspozisiya beş otaqda, ümumi sahəsi 185 metr olan ərazidə yerləşir. Muzeydə ədibin uşaqlıq, gənclik və təhsil illərini, məktəbdarlıq fəaliyyətini, ilk yaradıcılıq addımlarını və mühitini, onun ilk jurnalistik və ədəbi fəaliyyətini əks etdirən eksponatlar nümayiş etdirilir. 
 
Ədibin iş otağı, “Molla Nəsrəddin” jurnalının redaksiyası – xatirə otağında isə C. Məmmədquluzadənin həyat və fəaliyyətinin 1922 – 1932 – ci illər dövrünü əks etdirən, habelə yaradıcılığının tədqiqi ilə bağlı materiallar toplanıb. Burada ədibin əsərlərinin dünyada yayılma arealını əks etdirən xəritə də tərtib olunub. 
 
Bu gün də Muzey C. Məmmədquluzadə və digər mollanəsrəddinçilərin irsinin toplanması, tədqiqi və təbliği sahəsində fəaliyyət göstərməkdədir. Muzey idarə və müəssisələrdə, təhsil ocaqlarında ədəbi gecələr, görüşlər, xatirə günləri, disputlar, müsabiqələr və sair tədbirlər keçirir.
 
Muzey həftə içi hər gün yerli vətəndaşlar həmçinin xaricdən təşrif buyuran qonaqların üzünə açılır. Bura gəlib gedən insan axını Cəlil Məmmədquluzadə irsinin heç zaman unudulmadığının bariz nümunəsidir. 
 
Ev muzeyi Süleyman Tağıyev 56 küçəsində yerləşir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR