Böyük cazmenin kiçik evi...
Caz muğamının banisi, bəstəkar və pianoçu, Respublikasının əməkdar artisti, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Vaqif Əziz oğlu Mustafazadə... O, fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının, bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycanda caz fikrinin təsisçisidir. O, xalq musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanıb. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
Vaqif Mustazadənin böyüklüyü əsərlərində olduğu kimi onun bir vaxtlar yaşadığı evdə də hiss edilir. Məşhur cazmen İçərişəhərdə yerləşən, hazırda Vaqif Mustafazadə döngəsi adlanan ünvanda yaşayıb. Bura zamanında kommunal mənzil olub, cazmen bu otaqda anası Zivər xanım Əliyeva ilə birgə yaşayıb. 100 kvadratlıq mənzilin 24 kvadratında onlar, digər hissəsində isə 3 qonşu yaşayıb. Buranın sakinlərinin vanna otağı və mətbəxi ümumi olub. Zamanında qonşuların məskunlaşdığı otaqlar da sonradan muzeyin inzibati hissəsinə çevrilib.
Vaqif Mustafazadə evlənəndən sonra həyat yoldaşı Elza xanımla da məhz bu mənzildə yaşayıb. Cazmenin yadigarı olan və hazırda Almaniyada yaşayan dünya şöhrətli caz ustası Əzizə Mustafazadə burada dünyaya gəlib. Vaqif Mustafazadənin vəfatından sonra da anası Zivər xanım bu mənzildə yaşamağa davam edib. Bu kiçik otaqda Vaqif Mustafazadənin böyük yaradıcılığı sərgilənir...
1989-cü ildə ovaxtkı mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə qonşular başqa mənzillərə köçürülüb, bu məkanın yarısında muzey yaradılıb, yarısında isə Zivər xanım ömrünün sonunadək yaşayıb. Zivər xanım eyni zamanda muzeyə rəhbərlik edib. Ölümündən öncə cazmenin anası muzeyi qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən muzeyin rəhbəri Afaq Əliyevadır. Məhz onun təşəbbüsü ilə muzeyin 2004-cü ildə həm özü həm də içərisindəki əşyaları təmir edilib. Elə həmin ildən də bura Mədəniyyət Nazirliyinin balansında dövlət muzeyi kimi fəaliyyətə başlayıb.
Mənzilin girəcəyində qonaqları cazmenin bu kiçik heykəli salamlayır. Bu evi dolaşdıqca böyük musiqiçinin yazıb-yaratdığı əsərlərin, eləcə də yazmağa macal tapmadığı neçə-neçə melodiyanın ruhu qulaqlarımızda səslənirdi. Evdə demək olar ki, bütün günü Vaqifin əsərləri səslənir. Sanki bu evin hər daşına, hər bucağına hopub böyük sənətkarın bir vaxtlar barmaqlarından çıxan notların səsi...
Bu mənzili gəzərkən insanda nostalji hisslər yaranır... Sanki Vaqif Mustafazadə bu dəqiqə içəri daxil olaraq öz sevimli royalında dünyanı heyran qoyan əsərlərindən birini ifa edəcək...
Cazmenin ilk royalı birinci qızı Lalə Mustafazadəyə verilib. Sənətkar ikinci royalı hazırda Azərbaycanın əməkdar rəssamı, akademik Sakit Məmmədovun ev muzeyində saxlanılır. Üçüncü, bax bu pianosu isə Zivər xanımın idi. Yeri gəlmişkən, Zivər xanım da musiqiçi idi və o, Üzeyir bəyin tələbəsi olmuşdu.
Diqqətlə fikir verdikdə royalın dillərində hələ Əzizə Mustafazadənin uşaqlıqda yapışdırdığı saqqızın izləri də görünür. Yeri gəlmişkən, muzeyin əməkdaşları deyir ki, atasının yolunu çox böyük uğurla davam etdirən Əzizə Mustafazadə hər dəfə Azərbaycanda qonaq olanda bu evə baş çəkir.
Muzeydə xüsusi fond yaradılıb. Məhz bu fond Vaqif Mustafzadə irsinin toplanılmasında müstəsna xidmətlər göstərir.
Muzeydə fotolara daha çox rast gəlmək olur. Bu mənzilin divarlarını bəzəyən şəkillərdə cazmenin ailəsinin, eləcə də gənclik illərinin görüntüləri ilə tanış olmaq mümkündür.
Mənzilin yaratdığı təəssüratdan da aydın hiss olunur ki, Vaqif Mustafazadə sadə həyat yaşayıb. Onun üçün ən böyük sərvət yaratdığı əsərləri idi. Bunlar Vaqif Mustafazadənin evinin mebelləridir. Muzeyin direktoru Afaq xanım mebelləri zaman-zaman restavrasiya elətdirirb. Otaqda Vaqif Mustafazadənin büstünü də görmək olar. Gələnlərin diqqətini çəkən büstün müəllifi mərhum heykəltəraş Asim Quliyevdir. Bax bu radioqəbuledicini isə cazmen çox sevirdi.
Hələ 16 yaşında ikən o, bu radio vasitəsi ilə “Amerikanın səsi” radiosunda qərbin caz ustalarını dinləyir, sonra da həvəslənib nələrisə ifa etmək üçün bu royalın arxasına keçirdi.
Digər balaca otaqda da Vaqif Mustafazadənin uğurlarını əks etdirən diplomlar, not yazıları, müxtəlif mükafatlar və yenə də şəkilləri görmək olur. Evin iki əsas divarını Vaqif və Əzizə Mustafazadələrin böyük, gözoxşayan portretləri bəzəyir.
Vaqif Mustafazadənin ev muzeyinin ekspozisiya hissəsi demək olar ki, cəmi bir otaqdan ibarətdir. Amma bu bir otaq cazın təkrarolunmaz ustası haqda, onun yaradıcılığı barədə yetərincə məlumat verir.
Vaqif Mustafazadə dövlətin ona verdiyi bu mənzildə cəmi üç il yaşaya bilib. Elə ona görə də ev muzeyi kimi sənətkarın əvvəl yaşadığı mənzil daha münasib sayılıb. O, 1979-cu il dekabrın 16-da, 39 yaşında dünyasını dəyişib...
Cazmenin barmaqları pianinonun dillərinə toxunduqca dinləyicilər heç vaxt eşitmədikləri musiqinin sehrində özlərini unudurdular. İnsanlara olan hörmətini, səmimi münasibətini o, öz musiqi əsərləri ilə bir növ tamamlayır, bütövləşdirirdi. Musiqiyə hamı kimi yox, özü kimi, fərqli, qeyri-adi və tam yeni nəzərlə baxırdı. Onun musiqisində Qərbin caz üslubu, elementləri ilə yanaşı, Şərqin qəlbi riqqətə gətirən min bir duyğu çaları özünə yuva salmışdı...