Burada Nəriman Nərimanovun toyu keçirilib


İctimai-siyasi xadim, publisist, dramaturq, müəllim, həkim və dövlət xadimi Nəriman Nərimanov…  Bu şəxsiyyət Azərbaycanın müsəlman şərqində bir çox ilklərə imza atıb. Nərimanovun siyasi fəaliyyətinə nəzər salsaq görərik ki, Konstitusiya onun adı ilə bağlıdır. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynayıb. Nəriman Nərimanov ədəbiyyatçı kimi milli romanımızın "Bahadır və Sona" və ilk tarixi faciə olan “Nadir şah"-ın banisi kimi yaddaşımıza həkk olunub. 
 
Dahi şəxsiyyətin ev-muzeyinin yerləşdiyi bu bina Bakının tarixi binalarından biri hesab edilir. Tacir Babayevə məxsus olan bina 1900-cü ildə memar Məşədi Mirzə Qafar İsmayılovun layihəsi əsasında tikilib. Əvvəllər iki mərtəbədən ibarət olan binaya 3-cü mərtəbə sonralar əlavə olunub. Nərimanov bu binanın 2-ci mərtəbəsində 1913-1918- ci illərdə ailəsi ilə birgə yaşayıb. 
 

Nəriman Nərimanovuv ev-muzeyi Azərbaycan hökümətinin qərarı ilə 6 noyabr 1977-ci ildən fəaliyyətə başlayıb. Muzey geniş otaqlardan və inzibati hissədən ibarətidir. Buranın kollektivi, başqa direktoru Kamilə Hüseynova olmaqla Nərimanov irsinin təbliği istiqamətində müstəsna xidmətlər göstərir. 
                
Muzeyin ekspozisiyası 4 otaqdan ibarətdir: yemək, həkim kabineti, qonaq və yataq otaqları. Bu otaqlarda nümayiş etdirilən eksponatlar N. Nərimanovun ictimai-siyasi, ədəbi, maarifçilik, həkimlik, publisistik, diplomatik və dövlət xadimi kimi fəaliyyətindən bəhs edir. 

Ekspozisiyanın 1-ci otağı N. Nərimanovun uşaqlıq və gənclik illərinə dair sənəd və materialları əks etdirir. Onun anadan olması haqqında şəhadətnamə, Qori müəllimlər seminariyasını bitirməsi haqqında şəhadətnamə, Qızılhacılı kənd məktəbində müəllimlik fəaliyyətindən bəhs edən sənədlər, həkimlik diplomu və s. əşyalar nümayiş etdirilir. Burada həmçinin ədibin Tiflisdəki evinin maketi, nümayiş olunur.
 

Bu ev Nərimanovun babasına məxsus olub. Təəssüf ki, bu bina köhnə olduğu üçün bir neçə il öncə dağıdılıb. Sevindirici hal isə odur ki, binanın eynisi Tiflisin başqa  bir tərəfində yenidən inşa ediləcək. Tikinti başa çatdıqdan sonra Nərimanovun xatirə muzeyi yenidən qonaqların üzünə açılacaq. 
 
Divarda Nərimanovun hərbi geyimli tablosu diqqətimizi cəlb edir. Yemək otağındakı maraqlı eksponatlardan biri də otağın bir küncündə yaradılan - ötən əsrin Bakısının foto-guşəsi olur. Bu guşə XX əsrin əvvəllərinə aid Bakı şəhərinin görüntülərini əks etdirir. Burada neft mədənlərində baş verən yanğın, fəhlələrin çətin şəraitdə neft çıxarmasını əks etdirən səhnələr görüntülənir.

 

Eyni otaqda divardakı fotolar arasında gözümüzə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin şəklinə də dəydi.  Muzey işçiləri deyir ki… 
 
 
Divarda xalq rəssamı Oqtay Sadıqzadənin yaratdığı portreti görmək olar. Burada Nəriman Nərimanov daha gənc yaşında təsvir olunub. Portretdə Nərimanov Pedoqoji sahədə göstərdiyi xidmətlərə  görə aldığı dövlət mükafatları, yəni bürünc medallar, eyni zamanda 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə birgə təsvir olunub.  Muzeydə Oqtay Sadıqzadənin Nərimanova hərs etdiyi 3 portreti var. 
 
Ekspozisiyanın 2-ci otaq tarixən də qonaq otağı olub. Otağın qəribə ab-havası bizi o dövrə, insanı XX əsrin əvvəllərinə aparır. Otaqda Nərimanovun ictimai-siyasi fəaliyyətini əks etdirən sənəd və materiallar toplanıb. Bir küncdə qoyulan Nərimanovun iş masasının üstündə müxtəlif sənədlər, gündəlik qeydlər dəftərçəsi və bir də o dövrə aid telefon aparatı. Masanın üzərində həmçinin 90 ildən sonra işıq üzü görmüş “Azərbaycan” şeirinin əl yazmasını da görmək olar. 

 

XX əsrin lal şahidləri olan bu əşyaları seyr etdikcə gözlərimiz önündə o dövrün qaynar siyasi ab-havası canlanır. Otaqda isə hər şey sükut içində… 
 
 
Burada Nərimanovun papağını görmək olar. Dahi şəxsiyyətin geyim əşyalarından yalnız bu qaragül dərisindən olan papağı qorunub-saxlanıb. Ekpozisiyada nümayiş olunan bir çox fotolarda Nərimanov məhz bu papaqda təsvir olunub. 
 
Bu otaqla bağlı Nərimavun ən gözəl xatirələri qorunub, saxlanılır. Belə ki, böyük şəxsiyyətin toy məclisi bu mənzilin məhz bu otağında keçirilib. 
 Otağın divarlarında o dövrün ictimai-siyasi xadimlərinin fotoları asılıb, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağayev və Üzeyir Hacıbəyovun şəkilləri N. Nərimanovun şəkilləri ilə bir sıradadır. Cümhuriyyətçilər və sosial-demokratların yan-yana vurulan şəkilləri qəribə asossiasiya yaradırdı…
Tarixdən bildiklərimiz bizə bunu deməyə əsas verir ki, çoxları Nərimanovun haqqında bilərəkdən və ya bilməyərəkdən xoşagəlməz ifadələr işlədirlər. Hətta ona xalq düşməni damğasını vuranlar da olub. Ancaq bu bir həqiqətdir ki, Nərimanov Üzeyir bəyi iki dəfə ölümdən xilas edib. Bundan əlavə 1918- ci ilin mart qırğını ərəfəsində Əlimərdan bəy Topçubaşovu həbsdən azad edilməsində əlindən gələni əsirgəmir. Əgər Nərimanov doğurdan da neqativ insan olsaydı, Məhəmməd Əmin Rəsulzadə onu böyük Nəriman adlandırmazdı. 
Bu otaq ailənin yataq otağı olub. Nərimanovun xatirə əşyaları, mebel, çilçıraq, saat, tar, oğlu Nəcəfə yazdığı bitməmiş məktub, özünün və oğlunun ölümü ilə bağlı sənəd və materiallar bu otaqda nümayiş etdirilir. Otağın bir küncündə isə balaca bir masa qoyulub. Nərimanov gecələr bu masanın arxasına keçib yaradıcılıqla məşğul olurdu. Otaqda diqqətimizi ən çox cəlb edən Nərimanovun təsbehi olur. Bu təsbeh hələ Nərimanov Qori Müəllimlər Seminariyasında oxuyarkən onda olub. 
Bir gün Qulam Vahabov adlı bir tələbə yoldaşı deyir ki, Nəriman təsbehin, çox gözəldir, xoşuma gəlir. Nərimanov da bu təsbehi bağışlayır ona. İllər sonra həmin insan vəfat edərkən təsbehi gəlininə verir və bu tarixçəni ona danışır. Bundan sonra təsbeh bir neçə əldən keçir və nəhayət ki, onu gətirib muzeyə təhvil verirlər. 
 


 
 
Muzeyin ən maraqlı otaqlarından biri də buradır,  4-cü, yəni otağı tibbi kabineti. Bu otaqda hər şey N. Nərimanovun böyük qardaşı Salmanın qızı İltifat xanımın xatirələrinə əsasən o illərdə olduğu kimi bərpa edililib.  N. Nərimanovun tibbi alətləri, dərman saxlanılan şkafı, asılqanı, tablolar böyük mütəfəkkirin həkimlik fəaliyyətini işıqlandırır. Burada nəhəng kitab dolabı da nümayiş olunur, içərində isə ən müxtəlif illərin ən müxtəlif kitabları yer alır. Həkimin iş masasının üzərində hər şey onun zamanında istifadə etdiyi əşlayalar vasitəsi ilə tərtib edilib. Muzeyin fondunda beş mindən artıq müxtəlif eksponatlar, sənəd və materialların əsli, xatirələr,

ərimanovun ailəsinin genealogiyası və digər əşyalar qorunub saxlanılır.
 
Tibbə dair sənədlər, tibb alətləri ilə zəngin olan otaqda ərəb əlifbası ilə yazılan şeir parçaları diqqətimizi cəlb edir. Bunlar Nərimanovun öz əli ilə yazdığı şeirlərdir. O, ədəbiyyatımızda daha çox yazıçı-dramaturq kimi tanınsa da hərdən şeir də yazıb. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR