Yüzlərlə heyvan sümüyü bir arada
Saysız-hesabsız nümunələrlə dolu olan, özündə neçə əsr öncənin qalıqlarını saxlayan Təbiət tarixi muzeyinin elə özü qədər də zəngin tarixi var.
Muzey hazırda gördüyünüz bu məkana köçmədən öncə müxtəlif yerlərdə məskunlaşıb. Əvvəlki ünvanlarda eksponatlar az idi. Əsas etibarilə Bakı ziyalılarının, müəllimlərinin və təbiəti sevənlərin hədiyyələrindən ibarət idi.
Təbiət Tarixi Muzeyi 1918-cu ilədək qeyri-rəsmi muzeylər siyahısında idi. Lakin 1930-cü ildə rəsmi şəkildə yaranıb və dövlət muzeyləri sırasına qoşulub.
Amma bu gördüyünüz məkan muzeyin sonuncu məskunlaşdığı yer deyil. Dövlət başçısı İlham Əliyev 2014-cü ildə muzeyə yeni binanın verilməsi haqda sərəncam imzalayıb. Yaxın vaxtlarda Təbiət Tarixi Muzeyi yeni və daha geniş məkanda fəaliyyətini davam etdirəcək.
Burada Azərbaycanın zəngin təbii nümunələri nümayiş etdirilir. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından, yəni balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilərdən ibarətdir. Paleontologiya bölməsinin böyük maraq doğurmasının əsas səbəbi burada nadir eksponatların sərgilənməsidir. Muzeyin geoloji bölməsində isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir.
Burada yüzlərlə heyvan sümüyü görmək olar. Sən demə, dünyada belə qəbiristanlıqların sayı 20-dən çoxdur. Lakin flora və fauna növünün zənginliyinə və tarixinə görə bizim Qır gölümüz dünyada yalnız ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Ranço Lya Brea fauna məskəni ilə müqayisə olunur. İndiyə qədər buradan 3 milyondan çox sümük, 600 növdən çox canlı tapılıb.
Binəqədinin Dördüncü dövr fauna və florası çeşidinə və çoxluğuna görə dünya miqyasında ən zəngin paleontoloji xəzinə hesab olunur. Geoloji tədqiqatlar göstərir ki, Ranço Lya Brea faunasının yaşı Pleystosen epoxasına aiddir. Ranço Lya Brea asfalt gölündə batmış heyvan qalıqları 35000 illik tarixə malik olduğu halda, Binəqədi fauna qalıqlarının yaşı 75000 ildir.
Təbiət-Tarixi Muzeyinin çoxsahəli fəaliyyətindəki dönüş 50-ci illərin başlanğıcından, yəni Azərbaycan EA Geologiya İnstitutunun tərkibinə keçməsi ilə əlaqədardır. Paleontoloji tədqiqatlar Binəqədi Qır gölü ilə yanaşı, Eldar düzənliyində, Mingəçevir rayonunda Qarabağda Azıx və Tağlar mağaralarında, Abşeronda, Pirəküşkül kəndi, Xırdalan qəsəbəsi ətrafında geoloji axtarış, elmi-tədqiqat işləri genişlənir.
Muzeydə muasir, yəni bu gün nəsli tükənməyən heyvanlarından hazırlanan eksponatlar olduğu kim, çox qədim, hələ 400 milyon il öncə yaşayan heyvanın qalıqlarını da görmək olar.
Məsələn, bu gördüyünüz elə 120 milyon il öncə mövcut olan ixtinazavrın qalıqlarıdır. Bu heyvan onurğalı fauna bölməsinə aidir. Dəvəçi rayonunun çöküntülərindən tapılıb.
Təbiət tarixi muzeyi bir neçə istiqamətdə fəaliyyət göstərir. Paleontoloqlar tərəfindən aparılan elmi tədqiqatların əhatəsi genişdir. Bunların içərisində dünya şöhrətli Binəqədi Dördüncü dövr faunasının monoqrafik öyrənilməsi, Respublikanın qərbində aşkar edilən gec Sarmat hipparion faunası, Pirəkəşkül kəndi ətrafında aşkar edilən onurğalıların yeni cinsləri, həqiqi suitilər yarımfəsiləsinin yaranması haqqında yeni fərziyyə, Azıx paleolit düşərgəsi materiallarının öyrənilməsi və bir çox başqa aktual mövzular mühüm yer tuturlar.
Muzeyin polentoloji zalı gələn qonaqların diqqətini cəlb edir. Burada bütün xortumluların təkamül dövrü ilə tanış olmaq mümkündür. Azərbaycanda xortumluların ən qədim qalıqları məhz burada nümayiş olunur. Onların yaşı təxminən 10 milyon ilə çatır.
Muzeyin tam mərkəzində, cənub filinin kəlləsini görə bilərsiniz. Bu kəllə Təbiət Tarixi Muzeyinə 2007-ci ildə aparılan qazıntılar nəticəsində gətirilib. Muzeyin fondunda cənub fillərinin qalıqlarının 3 növü saxlanılır. Azərbaycanda bu fillərin yaşadığı dövr təxminən 2 milyon ili əhatə edir. Onların nəsilləri 700 min il öncə kəsilib. Bu fillərin ölçüləri olduqca böyük idi. Cənub fillərinin bədəninin eni 4, uzunluğu isə 7 metrə qədər olub.
Binəqədi Qır gölünün heyvan qalıqlarının əksər hissəsini onurğalıların skeletləri təşkil edir. Bunların içərisində də quşlar və məməlilər əsas yer tuturlar. Ümumiyyətlə, muzeyin ən böyük hissəsini elə quşlar zəpt edib. Burada dövrümüzün quşları ilə yanaşı hazırda nəsli kəsilmiş heyvanların da qalıqları qorunur.
Muzeydə suda yaşayan heyvanlardan hazırlanan nümunələrə də rast gəlmək olar.
1938-ci ildən Azərbaycanda onurğalılar faunasının öyrənilməsinin əsas inkişaf mərhələsi başlanıb. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə tədqiqatlar dayandırılıb. Müharibədən sonra, 1947-ci ildən bu işlər təkrar davam etdirilib. 7 il sonra işlər yenidən dayandırılıb. Sonuncu proses 2012-ci ildən başlayıb, bu günə qədər də davam etməkdədir.
Təbiət Tarixi Muzeyində Azərbaycanda yaşamış olan heyvan qalıqları ilə yanaşı xaricdən gətirilən nümunələr də sərgilənir. Muzey və Geologiya İnstetununun əməkdaşları hələ sovet dövründə xüsusi gəmi vasitəsi ilə Sakit və Anlantik okenlarını gəzib, oradan heyvan qalıqları gətiriblər.
Muzeyin elmi tədqiqatları isə yəqin siz tamaşaçılara da maraqlı olar. Bu nümunələr necə hazırlanır və indi gördüyünüz vəziyyətə necə gətirilir?
Azərbaycanın heyvanat aləmi çox zəngindir. Onların bir qisminin skeleti və müqəvvaları Təbiət marixi muzeyində elmi işçilər tərəfindən bərpa olunaraq, təsviri verilir.
Hazırda Həsən bəy Zərdabinin adını daşıyan Təbiət tarixi muzeyinin qarşısında duran əsas məsələlərdən biri də məktəblilərə, tələbələrə, ziyalılara respublikamızın təbii sərvətləri, fauna və florası barədə məlumat verməklə yanaşı, onların qorunmasını təşkil etmək və ümumiyyətlə, ekologiya məsələlərinə aid tövsiyyələr verməkdən ibarətdir.
Muzeyin fondu yeni elmi-tədqiqatlar hesabına daim artmaqdadır.
Təbiət Tarixi muzeyinə giriş ödənişsizdir. Burada əsasən şagidrlər qonaq olurlar. Məktəblilər bu tarixi məkanda keçilən dərslər hesabına təbiyəti necə qorumaq lazım olduğunu öyrənilər.
Muzeyi bazar ertəsi istisna olmaqla həftənin bütün günləri qonaqları Bakı ş., Lermantov