Əməkdar artist Çingiz Əhmədov: “Atası razı deyildi ki, mən Mehribanla evlənim”.

Həyatının 32 ilini səhnədə həm aktyor, həm də aparıcı kimi fəaliyyət göstərən Əməkdar artist Çingiz Əhmədov APA.TV-nin “Ömür yoldaşı” proqramında hüquqşünas Mehriban Əhmədova ilə ailə qurduğu illəri belə yada salıb: “ Sən demə, qayınatam deyib ki, artistlər bir as şuluq olurlar”.

“Zəng edirdilər ki, Çingiz mənim yanımdadır, mənimlə görüşür”-

deyən Mehriban xanım təzə ailə qurduqları vaxt yersiz zənglərin olduğunu, amma bunlara əhəmiyyət vermədiyini qeyd edib: “Mən artıq bilirdim ki, aktyorla ailə qururam”.

Mehriban xanım bildirib ki, ailə güzəştdir, güzəştə getməyi bacardın, sənin ailən olacaq.

Çingiz Əhmədov ilk baxışdan həyat yoldaşının səliqəsini çox bəyəndiyini qeyd edib: “Mən içəri keçən kimi Mehriban xanım ayaqqabılarımı cütlədi, qoydu qırağa”.

Çingiz Əhmədov bildirib ki, övladlara tərbiyəni Mehriban  verib deyə özü uşaqlardan arxayın olub.

Həm ailə başçısı, həm də ata kim həyat yoldaşından razılıq edən Mehriban xanımın sözlərinə görə, Çingiz övladlarından ötrü özünü fəda edən adamdır.

Çingiz Əhmədov bir çox ustadlardan qayğı gördüyünü, onlardan çox şey öyrəndiyini  söyləyib:

“Əliağa Ağayev deyirdi ki, o Cingözdür nədir, onu verin mənə, o olmasa, səhnəyə çıxmayacağam”.

Mehriban xanımın qənaətinə görə, xoşbəxt ailə qurmağın əsas şərtlərindən biri budur ki: “İnsanlar bir mühitin insanları olmalıdırlar. Başqa-başqa mühitin insanları uyğun gəlmir. Bir də hörmət olmalıdır bir-birinə. Bunun nəticəsidir ki, bu 26 ildə nə Çingiz məni təhqir edib, nə də mən onu...”

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR