"Ateist Lenin niyə kilsədə kəbin kəsdirməyə məcbur oldu?"
Bəzən onun çıxışları, arzuları, ambissiyası utopik görünürdü. Ancaq vaxt keçdikcə tribunadan səsləndirdiyi hər vədin reallığa çevrilməsi Lenini xalqa daha da doğmalaşdırırdı. Düzdür, bəzən verdiyi sərt qərarlar qəddar insan təsiri bağışlasa da xalqın ona rəğəbətinə xələl gətirmirdi.
Vladimir İliç Ulyanov 1870-ci ilin 22 aprelində Moskvanın 700 km-də yerləşən Simbirsk vilayətində altı uşaqlı ailədə doğulub. Atası İlya Nikolayeviç Ulyanov nüfuzlu məmur, anası Mariya Blank isə evdar qadın olub. Onun rus əsilli olduğu yazılsa da, sonrakı illərdə Leninin qanında Çuvaş, yəhudi, alman və isveç qarışığı olduğu üzə çıxıb. Ailədə hər dəfə yeni uşaq doğulanda Ulyanovlar evlərini dəyişirdilər. Yaşam tərzi, uşaqların yüksək təhsili ilə onlar digər ailələrdən seçilirdi. Yayda uşaqlar kənddəki evlərinə göndərilər, orada xüsusi proqram əsasında dərsləri ilə məşğul olardılar.
Vladimir zirəklikdə və zəkada digər övladlardan seçilirdi. Atası övladlarının təhsilinə ciddi nəzarət etsə də, siyasi məslələrdən demək olar ki, tamam uzaq adam idi. Volodyanın 16 yaşı olanda atası ölür. Yeniyetmə bu itkinin ağırılığını üzərindən atmamış həyatının ikinci zərbəsi ilə sarsılır. Belə ki, 1887-ci ildə onun böyük qardaşı Aleksandr çara sui-qəsd ittihamı səbəbindən edam edilir. Bu ağır itkilərə baxmayaraq Vladimir elə həmin il Kazan Universitetinin hüquq fakültəsinə qəbul olunur. Lakin bu sevinci uzun çəkmir. Məxfi tələbə yığıncaqlarında iştirakına görə az sonra universitetdən qovulur. Bir müddət Samarada polis nəzarəti altında dövlət tabeçiliyində vəkil köməkçisi işləyən və fərdi dərslər verən V. Ulyanov 1891-ci ildə Peterburq Universitetinə daxil olur. 1892-93-cü illərdə universitetdə marksist dərnəyi yaradır. 1895-ci ilin aprelində isə o, xaricə gedir və orda Əməyin Azad Edilməsi Qrupunun rəhbəri Georgi Plexanovla əlaqə yaradır. Bu hadisədən sonra mübarizə hissi onu daha da ruhlandırır. Həmin ildə Peterburqa qayıdaraq Yuriy Osipoviç Martov də digər tərəfdarları ilə birgə "İşçi Sinfin Azadlığı Uğrunda Mübarizə İttifaqı" adlı cəmiyyət yaradırlar. Bu ittifaq fəhlələr arasında aktiv təşviqat işləri ilə məşğul idi. Lakin çox keçmir ki, 1895-ci ilin dekabrında Lenin həbs edilir və Yenisen quberniyasının Şuşensk kəndinə 3 il müddətinə sürgün olunur. Bu sürgün onun həyat haqda təcrübə toplaması ilə yanaşı həm də evlənməyi ilə yadda qalır. Əslində cütlük evlənmək üçün tələsmirdi. Nadejda Leninin vətəndaş nikahında olan arvadı idi. Sadəcə dövrün qanunları Nadejdaya sürgün olunmuş şəxsin yanında qalmağa icazə vermirdi. Üstəlik ateist cütlük dövrün tələbi ilə kilsədə evlənməli idi. Onların başqa çıxış yolu olmadığı üçün Lenin özünü rəsmən provaslav kimi yazdırır və 1898-ci ilin iyulunda ailə qururlar. Sonralar Nadejda xatirələrində toy hazırlıqları və onlara yaradılan əngəllər haqda "bu komediyanı oynamağa məcbur idik" deyirdi.
Sürgündə olduğu müddətdə də Lenin demək olar ki, boş dayanmır. "Rusiyada Kapitalizmin inkişafı" adlı kitab yazır, bir neçə məqaləni tərcümə edir və onların üzərində işləyir. Təbii ki, nə bu sürgün həyatı nə də çətinliklər Lenində ruh düşkünlüyü yaratmırdı. Əksinə, o anlayırdı ki, məqsədlərinə çatmaq üçün daha güclü olmalıdır.
1898-ci ildə Minskdə Mübarizə İttifaqı Peterburqdakı liderlərinin iştirakı olmadan RSDFP-nin 1-ci qurultayı keçirir. 9 nəfərdən ibarət qurultay Manifest qəbul edərək Rusiya Sosial Demokrat Fəhlə Partiyasını təsis edir. Polis Mərkəzi Komitənin qurultay tərəfindən seçilmiş bütün üzvləri və qurultay nümayəndələrinin əksəriyyəti elə oradaca həbs olunur. Qurultayda təmsil olunan xeyli təşkilat da darmadağın edilir. Bundan sonra "Mübarizə İttifaqı"nın Sibirdə sürgündə olan liderləri bütün ölkəyə səpələnmiş çoxsaylı sosial demokrat təşkilatları, marksist dərnəkləri qəzet vasitəsilə birləşdirmək qərarına gəldilər. Bu ərəfədə Vladimirin sürgünlük dövrü başa çatmaqda idi. O sürgündən azad olunan kimi 1900-cu ildə Georgi Valentinoviç və bir neçə həmfikiri ilə ölkəni tərk edir. Lenin İsveçrədə "Rusiya Sosial Demokrat Fəhlə Partiyası"nı rəsmi qeydiyyatdan keçirir. Sənədlər dəqiq yoxlanıldıqdan sonra qərar verilir ki, Lenini ölkənin qanunlarına riayət edən emiqrant kimi qəbul etmək olar. Bu sənədlər isə dövlət tərəfindən Berndə qorunub saxlanıldı. Tərəfdaşlar həmçinin birlikdə "İskra" qəzetini buraxmağa başlayırlar. Vladimir Ulyanov özünə "Lenin" təxəllüsünü də burada götürür. Redaksiya Münhenə fəaliyyət göstərirdi. Heyət qəzetin ilk nömrəsinin 3000 nüsxəsini Rusiyaya qeyri-leqal yolla göndərməyə çalışsa da, sərhəddə ələ keçən qəzetlər məhv edilir.
Rusiya Sosial Demokrat Fəhlə Partiyasının 1903-cü ildə keçirilən 2-ci qurultayında Leninin rəhbərlik etdiyi bolşeviklərlə onların mübarizə strategiyasına qarşı çıxan menşeviklər arasında parçalanma baş verir. Dənizçilərin tətili ilə başlayan 1905-ci il inqilabı günlərində öz məqsədləri üçün fürsət tapan və xalqa dəstək olmağa çalışan Lenin Rusiyaya dönür. Lakin o zamankı baş nazir Stolıpinin başlatdığı əks-hücum əməliyyatlarına görə tezliklə yenidən ölkəni tərk edir. Onun Rusiyaya yenidən və möhtəşəm qayıdışı növbəti inqilaba qalır.
Ulyanov 1912-ci ildə menşeviklərlə əlaqəsini birdəfəlik kəsməli olur. Rusiyada dərc olunan “Pravda” qəzetinin rəhbərliyini isə öz üzərinə götürür. Bu illər ərzində Vladimir İliç Avstriyada yaşayır, Birinci Dünya müharibəsi başlayanda yenidən İsveçrəyə keçir
O, sanki fürsət axtarırdı. Yad ölkədə oturub ölkəsində baş verən siyasi gedişlərin hərəkət istiqamətini izləyir, özünün fəaliyyətə keçəcəyi günü gözləyirdi. Növbəti, bəlkə də Lenin üçün gözlənilməz olmayan 1917-ci il fevral inqilabından sonra o yenidən ölkəyə qayıdır. Bu 17 ilik ayrılıqdan sonra artıq məqsəd və məramı möhkəmlənmiş bir liderin qayıdışı idi. Tribunalarda onun üçün əla imkan yaranmışdı. Çaş-baş qalmış xalqı yönləndirmək və ələ almaq, ən əsası inandırmaq daha asan idi. O, “Müvəqqəti hökuməti dəstəkləməmək” şüarı irəli sürür. Öz çıxışlarında o, burjua-demokratik inqilabından sosialist inqilabına keçməyi və sovetlərdə çoxluğa nail olmağı təbliğ etməyə başlayır. 1917-ci ilin oktyabrında Lenin öz tərəfdarlarını silahlı üsyanın vacibliyinə inandıra bilir və ilk olaraq buna Petroqradda nail olur. Bolşeviklərin cəlb etdiyi 7000 əsgər hazır vəziyyətdə Leninin yolunu gözləyirdi. Sovetlərin 2-ci ümumrusiya qurultayında onu Xalq Komissarları Sovetinin sədri seçirlər, 1918-ci ildə Lenin həm də Fəhlə və Kəndlilərin Müdafiəsi Şurasının sədri, Mərkəzi İcraiyyə Komitəsinin üzvü olur.
Əlbəttə birdən-birə bu yüksəliş, hakimiyyətdə gözü olan digər qüvvələri narahat edirdi. Onlar artıq anlayırdılar ki, Lenin bunu bacardı. Yəni qəhrəman olmağı. Fərqi yox idi, özü qəhrəman idi, ya ondan qəhrəman düzəltdilər. Amma son şanslarını itirmək istəməyən qüvvələr 1918-ci il avqustun 30-da Leninə sui-qəsd edirlər. Moskvada, Mihelson zavodunun yaxınlığında baş verən terror aktı nəticəsində ona iki güllə vurulur. Atəş açan eser qadın - Fanni Kaplan elə cinayət yerindəcə yaxalanır. Liderin həyatına gözləri çox zəif görən Kaplanın qəsd etməsi şübhə doğururdu. Amma bu hadisəyə görə də güllələnən məhz o oldu. Düzdür, Lenin yaşadı, amma onun səhhəti müalicələrə cəmi bir neçə il tab gətirdi. Sərbəst ayaqda dura bilməyən Lenin artıq əlil arabasında otururdu. Onun son fotoları da göstərir ki, sinirləri iflic olmuş bədəni real həyatdan tamamilə uzaq düşüb. Həyatı isə yalnız ətrafa heyrətlə baxan iri açılmış gözlərində əks olunurdu. 1924-cü il yanvarın ayının 21-də inqilabın dahi lideri, dünyanın düzənində dəyişiklik etmiş Vladimir İliç Lenin gözlərini əbədi yumur. Sovet hökuməti Qızıl Meydanda mavzoley tikmək və onun meyitini xüsusi dərman vasitələri ilə balzamlayaraq orda saxlamaq haqqında qərar çıxarır.
91 ildir dünyasını dəyişən Leninin cəsədi hər il yaz aylarında xüsusi məhlullarla yuyulur və o məhlulların içində saxlanılır. Bu proses 2 ay sürür. Vladimir İliç Leninin mumiyalanmış nəşi üzərində Ümumrusiya dərman və aromatik bitkilər institutu mütəxəssislərindən ibarət qrup işləyir.