APA TV-nin yeni layihəsinin efir həyatı başlayıb. “Rəng...Fırça...Palitra...” proqramının məqsədi rəssamların yaşayış tərzi, iş prosesi ilə yaxından tanış olmaq, bu istedad sahiblərinin işini canlı izləməkdir. Proqramın çəkilişləri rəssamların şəxsi emalatxanalarında keçirilir. İlk verilişin qonağı xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov rəssamlıq sənətinin incəlikləri və çətinlikləri, bu sənət sahiblərinin fərqli tərəfləri və digər maraqlı məqamlar haqqında danışıb.
Ağəli İbrahimov deyir ki, həyat özü sənət əsəri və rəssamdır: “Mən də bu sənəti seçdim və zənnimcə nələrəsə nail oluram. Hər bir sənətkar düşünən və müşahidəçidir. Hər bir sənətkar özü üçün mühit yaradır. Belə bir fikir var – daş-qaş olmaqdansa, adi daş olmaq yaxşıdır. Çünki qaş-daşın problemi çox olur. Mən çalışmışam başqa rəssamlar kimi özüm üçün mühit yaradım. Xoşbəxtəm ki, bu gördüyünüz məkanda mən istədiyim mühiti yarada bilmişəm”.
Dünyada ən bahalı sənət əsərinin Leonardo da Vinçinin “Mona Liza” (“Cakonda”) əsəri olduğunu deyən rəssam bunun səbəbini açıqlayıb: “Mona Liza” dünyada yeganə əsərdir ki, ona qiymət qoyulmayıb. Leonardo təkcə rəssam olmayıb, həm də böyük alim, musiqiçi olub. Mən bu əsəri Parisdə Luvr Muzeyində üç dəfə görmüşəm. Da Vinçi bu əsəri üç il işləyib və ən sevdiyi əsəri “Mona Liza” olub. Bu əsər həqiqətən də çox böyük əsərdir. Hətta bu gün hər kəs bu sualın cavabını axtarır ki, görəsən rəssam bu əsəri işləyəndə nə düşünüb”.
Sənətkarın başqa aləmdə yaşadığını deyən rəssam, dünyaya səs salan, əsərləri milyonlara bərabər olan rəssamların çətin həyat yaşadıqlarına da toxunub: “Sənətkarlığı ilə dünya şöhrəti qazanan Van Qoqun işləməyə kətanı olmayıb. Van Qoqun dahiyanə bir fikri var - ən gözəl əsərlər rəssamla ölür. Bizim həyatımız məhz belədir. Van Qoq heç bir əsərini sağlığında sata bilməyib. Ümumiyyətlə, bir əsəri dərk etmək üçün zaman lazımdır. Səttar Bəhlulzadənin əsərlərini qavramaq üçün hələ 50 il vaxt lazımdır. Bunun səbəbi sənətkarların daha irəlini görmələridir. Sənət əsəri elə bir şeydir ki, rəssam ömrü boyu o əsəri işləmək istiqamətində hərəkət edir. Amma bu mümkün deyil, həqiqətən də Van Qoqun dediyi fikir doğrudur. Ölüm qapısı insanları yeni dərkə aparır...”
Ağəli İbrahimov həyat yoldaşı Nadejda İbrahimovanın portretini çəkdiyini və bu portreti satdığını etiraf edib. O, bu addımı maddi problemlərlə bağlayıb: “Konfutsi deyib ki, həyat külək kimidir. Həqiqətən də düşünürsən ki, bu gün çəkərəm, sabah çəkərəm və son da çəkə bilmirsən. Rəssamlıqda klassik janrın hər zaman yaşayacaq. Bu gün klassik əsərlər insanlara çox lazımdır və klassik əsər hər zaman həqiqətdir”.