12 yaşlı Yusifi vəhşicəsinə döyənlər kimlərdir? – APA TV

Oğlu, 85 saylı məktəbin 7-ci sinif şagirdi Yusif Məmmədovun yaşca ondan 3-4 il böyük digər məktəblilər tərəfindən vəhşicəsinə döyüldüyünü iddia edən ana bildirdi ki, bu oğlunun həmin şəxslər tərəfindən sayca ikinci döyülmə faktıdır. Hətta Yusifi döyməzdən əvvəl həmin şəxslər zərərçəkmişin evinə gələrək onu futbola getmək adı ilə evdən çağırıblar. Bu da anbaan Yusif Mahmudovun yaşadığı evin giriş qapısında quraşdırılan müşahidə kameralarına düşüb. Ona görə də Mahmudovlar ailəsi hadisənin yenidən araşdırılmasını, məsələyə düzgün hüquqi-siyasi qiymətin verilməsini istəyirlər. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirdi ki... İndi bədəni əzilən, böyrəyi zərər görən və yeriməkdə çətinlik çəkən 12 yaşlı Yusif, eləcə də Mahmudovlar ailəsi hadisəyə düzgün hüquqi qiymətin verilməsini gözləyirlər.

AYTƏN SAKİTQIZI ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv