13 nəhsinin bəhsi: “Canlı mənasındadır, 1 və 3 artırılanda isə ölüm deməkdir”

13 rəqəminin nəhs və ya uğursuz olması ilə bağlı müxtəlif fikirlər var. Bəziləri 13 rəqəmini uğursuz hesab edir, bir qrup insan isə 13-ün düşərli olduğunu düşünür. Ümumiyyətlə, ziyalılar düşünür ki, 13-ün insan və ümumilikdə bütün dünyaya təsir gücü yoxdur. İlahiyyatçı Tural İrfan da 13 inancını əsassız sayır. 13 rəqəmi ilə bağlı psixoloq yanaşması bir az fərqlidir. Lakin onlar da bunu daha çox insanların inanc və düşüncə tərzi ilə əlaqələndirirlər. Bəziləri öz düşüncəsinə görə, bu rəqəmi neqativ qəbul edir və o uzaq durmağa çalışır. Numeroloq Fidan Ələsgərova Qərb mədəniyyətində və Asiya ölkələrində 13 rəqəminin uğursuz qəbul olunduğunu vurğulayıb. Məlumat üçün bildirək ki, numerologiyada 13 rəqəminin həm müsbət həm də mənfi tərəfləri var. Sonda belə qənaətə gəlmək olar ki, 13 uğursuz bir rəqəm deyil. Bu rəqəmə qarşı ehtiyat, xof isə bəzi mədəniyyətlərin insanların şüuraltısına yerləşdirdiyi lazımsız inancdır.

Müəllif | Apa.Tv
Apa.tv