20 Yanvar faciəsindən 34 il ötür

20 Yanvar faciəsinin 34-cu ildönümüdür. 34 il öncə Azərbaycan Qarabağda erməni işğalı ilə mübarizə aparırdı, paytaxt Bakı şəhəri isə bu təcavüzə havadarlıq edən SSRİ-yə etiraz edirdi. Qorbaçovun ermənipərəstliyi isə Qarabağdakı vəhşiliklərlə çərçivələnmədi və Kreml Bakıya qoşun yeritdi. Küləklər şəhərində sovet əcəli əsməyə başladı. Tərkibində ermənilərin də olduğu rus deasant dəstələri körpə, ahıl, qadın, kişi fərqi qoymadan əliyalın əhaliyə divan tutdu. Xalq “Qarabağ” və “azadlıq” şüarları ilə tankların önünə atıldı və sovet əsarətinə qarşısını kəsməyə çalışdı. Yaralılar da oldu, şəhidlik zirvəsinə ucalanlar da. Tarixə qanlı yanvar kimi düşən bu tarixdə 150-yə yaxın azərbaycanlı sovet vandalizminin qurbanı oldu. Minə yaxın insan yaralandı, əsassız formada həbs edilənlər oldu. 1990-cı il Sovet “kqb”sinin hələ vahimə yaradan vaxtaları idi deyə bu qanlı olaya çoxları susdu. Ulu öndər Heydər Əliyev isə kütləvi qırğından cəmi 1 gün sonra bu qətliamı törədən imperiyanın paytaxtı Moskvada Qorbaçov rejiminin cinayətlərini qətiyyətlə pislədi… SSRİ-nin 20 yanvar qırğını daha çox insanın həyatına son qoya bilərdi. Amma azərbaycanlılar tankların, pulemyotların qarşısına sədd kimi çəkildi. Soyqırıma gələn sovet donanmasının qarşısını isə azərbaycanlı dənizçilər aldı. Bakı buxtası sovet hərbi gəmilərinin üzünə bağlandı. Bu şücaəti göstərən kapitanlardan biri də Məzahir Niftiyevdir. Bu qanlı hadisələrdən illər keçsə də, uzaq səfərlər kapitanı hər dəfə xatırlayanda gözləri yaşarır və bu faciəni törədənlərə nifrətini bildirir. SSRİ bu nifaq salan hücumla Azərbaycanı ittifaqın dəmir barmaqlıqları arxasında saxlamağa çalışdı. Amma bu xalqın iradəsi Qorbaçovun yıxdığı Berlin divarı deyildi ki, əyilə... İndi Ümumxalq Hüzn Günü kimi anılan tarix həm də müstəqilliyə gedən yolun kuliminasiyası, ümumxalq azadlıq günü idi. 1990 qətliamından 1 il sonra Azərbaycan müstəqil olsa da, sovet avantüralarının qalıqları, işğal faktorları hələ qalmışdı. Artıq ərazi bütövlüyü tam bərpa olunmuş, şəhid qanı yerdə qalmayan Azərbaycanda yaşayırıq. Bu dünyada bu anı yaşaya bilməyənlərin isə ruhu o dünyada şaddır. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi 34 ildir ki, nə unudulur nə də unutdurulur. Artıq 4 ildir ki,biz and yerimiz olan Şəhidlər Xiyabanına alnıaçaıq, üzüağ gəlirik. Bu məzarların qarşısında dayanıb deməyə sözümüz olur. Rahat uyuyun, ruhunuz şad olsun, qisasınız alındı. Onu da qeyd edək ki, xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. Mən bunu qeyri-humanist addım kimi qınayıram, antidemokratik qanunsuz akt kimi. Ağır nəticələrə səbəb olan Azərbaycan rəhbərliyində bu qərərı qəbul edən insanlar məsuliyyətə cəlb edilməlidir. Azərbaycandan qaçan Vəzirov məsuliyyət daşımalıdır, ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər məsuliyyətə cəlb edilməlidirlər. Hesab edirəm ki, ölkənin ali siyasi rəhbərliyinin kifayət qədər düzgün obyektiv məlumatı yox idi və ona yanlış məlumat təqdim edildi. Nəticədə belə bir qərar qəbul edildi. Bütün bu insanlar cəzalarını çəkməlidirlər

Müəllif | Apa.Tv
Apa.tv