252 nömrəli məktəbin şagirdləri ölümlə üz-üzə...
Eyni vəziyyəti başqa məktəblərin qarşısında da görə bilərik. Amma 252 nömrəli tam orta məktəbin qarşısında durum sadəcə acınacaqlıdır. Sakinlər iddia edir ki, hər gün bu yolda qəza baş verir. Ərazidəki tək problem bu da deyil. Elə ərazidəki sakinlərin də yeganə istəyi məktəbin qarşısındakı yola işıqforun qoyulmasıdır. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun sözçüsü Tural Orucov bildirdi ki, əraziyə baxış keçiriləcək və lazımi tədbirlər görüləcək. Belə çıxır ki, hələ məktəbliləri çox təhlükələr gözləyir. Aidiyyəti qurumlar təhlükəsizlik tədbirlərini görənədək Allah bilir, nə qədər qəza baş verəcək. Maraqlıdır, məsul şəxslərin övladları və yaxınları bu məktəbdə təhsil alsaydılar, onların taleyinə belə məsuliyyətsiz yanaşılacaqdı? AYTƏN SAKİTQIZI ARİF ƏLİYEV APA TV