5 ildir ki, bu 2 avtomobil yolu zəbt edib – Görün içində nələr var...

 

Sakinlərin sözlərinə görə, deformasiyaya uğrayan avtomobillər 5 ildən artıqdır ki, bu ərazidədir. Öyrəndik ki, avtomobillərin sahibi üzbəüz binada yaşayır. Evinə getsək də, qapını üzümüzə açan olmadı. Sakinləri narahat edən digər məsələ də avtomobillərin narkomaniya yuvasına çevrilməsidir. Maşınların ərazidən götürülməsi üçün DİN-lə əlaqə saxladıq. Qurumdan bildirildi ki, müraciətimizdən sonra hər iki avtomobil ərazidən uzaqlaşdırılıb. Və bu deformasiyaya uğramış avtomobillərin atıldığı ilk belə ərazi deyil. Hərəkət iştirakçılarının gediş-gəlişinə maneə yaradaraq, səkiləri zəbt edənlərin nəzərinə, yolumuzu digər küçələrdən də salacağıq.

AYTƏN SAKİTQIZI HƏZRƏT BAYRAMLI APA TV

Müəllif | Apa.Tv
Apa.tv