“7-ci ayın 7-si minlərlə adam kəbin kəsdirdi, 999-u boşandı”
Bu rəqəmləri dəftərə yaz, bir neçə dəfə oxu, həyatını dəyiş Ess.. Belə cümlərə sosial şəbəkələrdə tez-tez rastlaşırıq. Bəzən insanlar planlarını, addımlarını rəqəmlərlə uyğunlaşdırırlar. Xüsusi kodlaşdırılmış rəqəmləri yazıb iş masasının üstünə qoyur, bunu gün ərzində periodik şəkildə təkrar edirlər. Bu rəqəmlərin onlara uğur gətirəcəyinə inanırlar. Bəs, doğrudanmı rəqəmlər insan həyatına təsir edir? Numeroloq Mələk İmanova deyir ki, rəqəmlərin həyatımıza təsiri böyükdür. Hətta rəqəmlərin birləşməsi müxtəlif enerji qüvvələri yaradır. Numeroloq həmçinin bildirir ki, doğum tariximizdəki rəqəmlər insan haqqında məlumat əldə etmək üçün kifayətdir. Psixoloq Gülər Məmmədova isə düşünür ki, uğur da, uğursuzluq da rəqəmlərlə bağlı yox, inancın gücü ilə bağlıdır. Psixoloq həmçinin bildirir ki, insanlar rəqəmlərə, əşyalara müəyyən məna yükləyir və həyatlarında dəyişikliyin olacağına inanırlar. Bunun səbəbi isə odur ki, həmin insanların istəklərinə daha asan çatmaq arzusundadırlar. LƏMAN SALEHOVA RASİM BƏHRAMİ APA TV